AMİP-30
a

Oktyabr 2025

Ermənistanda 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərinin önə çəkiləcəyi ilə bağlı xəbərlər yayılır. "Hraparak" nəşri yazıb ki, Nikol Paşinyan növbədənkənar parlament seçkiləri keçirməyi planlaşdırır. Qəzetin iddiasına görə, seçkilərə hələ 8 aylıq zaman qalmasına baxmayaraq, baş nazirin seçki qərargahının rəhbəri və təşviqat üzrə müavinini təyin etməsi siyasi sferanı, hətta öz tərəfdarlarını belə təəccübləndirib. Vurğulanıb ki, Paşinyanın tələskənliyi onun komandasında bir çoxlarına liderin növbədənkənar seçkilərə hazırlaşdığı təəssüratını yaradıb. Budəfəki marafonda seçki qərargahına müdafiə naziri Suren Papikyan deyil, baş nazirin aparat rəhbəri Araik Arutyunyanın rəhbərlik etməsi onun

"Hazırda mövcud reallıq odur ki, bəzi ucqar kənd və rayonlarda fəaliyyət göstərən məktəblərdə müəllim çatışmazlığı mövcuddur. Ötən ilin illik hesabatında bu məsələ əksini tapmışdı. Həmin hesabatda qeyd olunurdu ki, həm məktəblərdə, həm təhsil müəssisələrində, eləcə də ucqar rayon və kəndlərdə müəllim çatışmazlığı var".  Bunu Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. O, bildirib ki, bir sıra tibbi müəssisələrdə də regionlarda həm müəllim, həm həkim çatışmazlığı müşahidə olunur: "Əvvəlki dövrlərdə ucqar kənd rayonlarında pedagogik fəaliyyət göstərən müəllimlər üçün mənzil şəraitinin yaxşılaşdırılması və ya torpaq sahələrinin verilməsi kimi imtiyazlar tətbiq olunurdu.

Avropa Ravvinləri Konfransının gələn həftə Bakıda keçirilməsi planlaşdırılan qurultayı təxirə salınıb. Bu haqda "The Jerusalem Post" yazıb. Tədbirin ləğvi təhlükəsizlik səbəbləri ilə izah olunur. Avropa Ravvinləri Konfransı bildirir ki, tədbir 3-6 noyabr tarixlərində keçirilməli idi. Qurultayda din azadlığı, Avropada antisemitizm və "İbrahim sazişləri" müzakirə olunacaqdı. O da məlum olub ki, qurultaya 600-dək iştirakçının, o cümlədən Avropa, İsrail, ABŞ və digər ölkələrdən ravvinlərin, dini liderlərin, siyasi və ictimai xadimlərin qatılacağı gözlənilirdi. "The Jerusalem Post" yazıb ki, MOSSAD İrandan gələn təhdidlərlə bağlı məlumat verib və bu səbəbdən konfrans

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub müxalifətdə də qalmaqal yaradıb.   Belə ki, onun məktubunda 50 nəfərlik “Dövlət Şurası” yaratmaq təklifi geniş müzakirələrə səbəb olub və 2003-cü il hadisələrini də gündəmə gətirib. Sözügedən məsələ ilə bağlı Müsavat Partiyası Ali Məclisinin sədri Arif Hacılının çıxışı da diqqət çəkib:  “Mehdiyevin bu ideyası yeni deyil. Bu, təqribən 2003-cü ildə Etibar Məmmədovun bizə təkifinin oxşarıdır. “Dövlət Şurası” sədrinin ümumxalq səsverməsindən keçmədən dövlətə rəhbərlik etməsi modeli bənzərdir”. Medianın diqqətini cəlb edən bu məsələyə AMİP lideri Etibar

Zəfər bayramına cəmi bir neçə gün qalsa da, Milli Məclisin gündəliyində hələlik amnistiya məsələsi yer almır. Lakin siyasi dairələrdə və ekspert çevrələrində bu mövzu yenidən aktuallaşıb. Xatırladaq ki, 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə ölkədə genişmiqyaslı amnistiya elan edilmişdi. 2025-ci ilin “Suverenlik və Konstitusiya İli” kimi qeyd olunması isə bu dəfə oxşar bir addımın ilin sonuna qədər atılacağı ehtimalını gücləndirir.  Müstəqillik dövründə Azərbaycanda ümumilikdə 12 amnistiya aktı qəbul edilib və bu aktlar 160 minə yaxın şəxsə şamil olunub. Konstitusiyanın 95-ci maddəsinə əsasən, amnistiya

Ötən həftə mühüm hadisələri sırasında Vaşinqtonda Hudson İnstitutunun təşkilatçılığı ilə “ABŞ Cənubi Qafqazda” adlı konfrans da var. Çünki bu konfrans ABŞ-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri baxımından diqqət çəkib.    Konfransda ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış saziş, eləcə də regional proseslər müzakirə olunub. Konfransda Amerikanın aparıcı ekspertləri və rəsmiləri iştirak ediblər. Konfransda çıxış edən Hudson İnstitutunun Yaxın Şərq Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Mayk Doran bildirib ki, avqustun 8-də Ağ Evdə keçirilən görüş nəinki uzun müddətdir ki, münaqişənin hökm sürdüyü regionda davamlı sülhün əldə oluna

Xəbər verildiyi kimi, ötən gün Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istəyi ilə bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə göndərdiyi məktub yayılıb.  Sözügedən məktubun mediada tirajlanan mətnində hakimiyyətin 3 qolunun - qanunvericilik, icra, məhkəmə - fəaliyyətinə nəzarəti cəmiyyətdə nüfuza malik olan 50 üzvdən - təcrübəli dövlət məmurları, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət xadimləri - ibarət Dövlət Şurasının həyata keçirəcəyi qeyd edilir. Məktubda “Dövlət Şurası” üzvlərinin ümumxalq səsverməsi nəticəsində formalaşdırılması və “qurum”a Dövlət Şurası sədrinin rəhbərlik edəcəyi bildirilir.  Maraqlıdır,

Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində Ermənistan xalqının sülhün tərəfdarı olmasını gözləyir. Baş nazir deyib ki, 2026-cı il sülh üçün həlledici il olacaq, çünki növbəti parlament seçkiləri iyunda keçiriləcək. Onun sözlərinə görə, bu seçkilərdə əsas suala cavab verilməlidir: "Ermənistan xalqı öz seçimi ilə sülhün tərəfdarı olmalıdır.  Bu, qarşıdan gələn seçkilərin əsas siyasi mənası və məqsədidir". Paşinyan əlavə edib ki, Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması barədə bəyanatı tarixi hadisədir: "Ermənistanın da müvafiq addımlar atması vacibdir. Paşinyan qeyd edib ki, Qazaxıstandan Ermənistana

“Ermənistan daxilində revanşistlərin yenidən baş qaldırdıqlarına şahidlik edirik. Onların məqsədi əvvəlki dönəmə qayıtmaq, Azərbaycanla gərginlik fonunda özlərinin istəklərinə nail olmaqdır”. Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Deputat vurğulayıb ki, onların mövqelərini başqa formada ifadə etmək olmur: “Amma görünən bundan ibarətdir ki, Paşinyan bu qüvvələri sıradan çıxarır, onlara qarşı uğurla mübarizə aparır”. Onun sözlərinə görə, reallıq bundan ibarətdir ki, hazırda Azəbaycanla Ermənistan arasında sülh müqaviləsinin imalanması bəlkə də Azərbaycandan daha çox Ermənistana lazımdır. Çünki Ermənistan sülh müqaviləsi imzalanmadıqca, kommunikasiyalar açılmadıqca, iqtisadiyyatı get-gedə daha da çökəcək.  Deputat