“20 sentyabr Azərbaycanın xalqının qürur günü kimi tarixə düşdü”
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən 2 il ötür. Lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Bu barədə Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib ki, Azərbaycan 2020-ci ilin 27 sentyabrında başlayan II Qarabağ müharibəsində möhtəşəm qələbə qazandı: “44 gün ərzində 30 ilə yaxın müddətdə işğal
Azərbaycan:Sülh və təhlükəsizliyə TƏMİNAT
“III Bakı Təhlükəsizlik Forumu çox böyük əhəmiyyətə malikdir”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin paytaxtımıza gəlməsi olduqca mühüm məsələdir: “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə keçirilən III Bakı Təhlükəsizlik Forumunda “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” müzakirə olundu. Bu forum artıq üçüncü dəfədir ki, Bakıda keçirilir. Üstəlik, Təhlükəsiz Forumunun paytaxtımızda keçirilməsi Azərbaycanın bölgədə yeni reallıqlar formalaşdırdığı dövrə
Deputat: “Enerji doldurma məntəqələrinin artırılmasına böyük ehtiyac var”
"Son dövrlərdə, xüsusilə də Azərbaycanda elektriklə işləyən avtomobillərin sayı xeyli artmaqdadır. Bu, daxili yanacaq mühərriki ilə təchiz olunmuş avtomobillərin satışına da ciddi təsir göstərib. Ən çox Çin və Yaponiyadan gətirilən avtomobillər elektrik enerjisi ilə işləyən modellərdir. Təbii ki, bu avtomobillərin enerji ilə təminatı üçün məntəqələrin artırılması zərurəti yaranır". Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, hazırda müşahidə olunan vəziyyət ondan ibarətdir ki, belə məntəqələrin sayı artmaqdadır: "Azərbaycanın rayonlarında, şəhər mərkəzlərində, həmçinin otellərin qarşısında enerji doldurma məntəqələri yaradılıb. Lakin avtomobillərin sayı artdıqca, məntəqələrin də paralel
Uşaqlar və tələbələr üçün GEDİŞ HAQQI 25 QƏPİYƏ ENDİRİLƏ BİLƏR
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Azərbaycanda ictimai nəqliyyatdan istifadə edən azyaşlılar və tələbələr üçün gediş haqqının yarısının, yəni 25 qəpik müəyyən edilməsi barədə təkliflərə münasibət bildirib. Sədr müavini Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanda beş yaşadək uşaqlar üçün ictimai nəqliyyatdan istifadə pulsuzdur. “Beş yaşadək məktəbəqədər hazırlığa və məktəbə gedən uşaqlar, eləcə də tələbələr üçün əlavə güzəştlər nəzərdə tutulması olduqca məqsədəmüvafiq olar. Bu, beynəlxalq təcrübədə də var. Dünya təcrübəsində belədir ki, həm məktəb yaşlı uşaqlar, həm də tələbələr üçün nəqliyyat istifadə məqsədilə aylıq və illik
Yaxın Şərqdə növbəti müharibənin ANONSU – Hər an başlaya BİLƏR…
İsraillə İran arasında 13-25 iyun tarixlərində baş verən “12 günlük müharibə”dən 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, tərəflər arasında növbəti toqquşmanın olması ehtimalı hələ ki, qalır. Xüsusən də son günlər İsrail tərəfindən bu istiqamətdə müəyyən açıqlamaların verildiyinin şahidi oluruq. “Mossad”ın direktoru David Barnea bildirib ki, İsrail xüsusi xidməti İran daxilində və Tehranın mərkəzində güclü operativ imkanlara malikdir.O, qeyd edib ki, İran daxilində mövcud imkanları artırmaq və genişləndirməkdə davam edirlər:“Biz İranın daxilindən şəxsi ofislərdə baş verənlərə baxacağıq və təhlükəsizliyimizə zərər verə biləcək ideyaların inkişafına imkan verməyəcəyik”.Barnea İsrail
Afsəddin Nəbiyev: “Paşinyanın nəzəri açıqlamalarının real əməliyyatlara çevrilməsi hələ də ciddi şübhə doğurur”
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasının yekununda jurnalistlərə açıqlamasında bildirib ki, dəhlizdən silah nəqli də mümkündür. O vurğulayıb ki, Bakı ilə qarşılıqlı razılıq əsasında istənilən layihə mümkündür: "Tramp yolu" (Zəngəzur dəhlizi) layihəsi üzrə bütün əməliyyatlar ölkələr arasında qarşılıqlılıq prinsipi çərçivəsində həyata keçiriləcək. Eyni zamanda, bu marşrut üzrə silah-sursat nəqlindən də söhbət gedə bilər. Bu şərt hər iki ölkəyə aiddir. Biz qərara gəlsək ki, silahı Naxçıvandan Mehriyə və əks istiqamətdə daşımaq istəyirik, bu mövzuda danışıqlara başlayacağıq”. Belə məlum olur ki, Naxçıvanda yerləşən ordu birləşmələrimizi silah-sursatla təmin
“Hazırda quru sərhədlərinin bağlı qalması məqsədəuyğundur” – Deputat
“Quru sərhədləri ilə bağlı hər üç aydan bir qərar verilir və artıq uzun müddətdir ki, quru sərhədləri bağlıdır. Hər dəfə müddət bitənə yaxın bu məsələ növbəti dəfə gündəmə gəlir. Təbii ki, quru sərhədlərinin bağlı qalması müəyyən problemlər yaratmaqdadır, amma istənilən halda dövlət təhlükəsizliyi məsələləri hər şeydən öndədir”. Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, quru sərhədlərinin bağlı qalmasını vacib edən amillər aradan qaldırılmayıb: “Hazırkı dönəmdə xüsusən xarici təhdidlər var. Ona görə hesab etmirəm ki, 1 oktyabrda sərhədlər açılsın. Yəqin ki, sərhədlərin bağlı qalması
Amnistiya ilə bağlı gözləntilər var – Yüzlərlə məhkum azadlığa çıxa bilər
Bu il Azərbaycanda “Konstitusiya və Suverenlik ili” elan edilib. Bu münasibətlə ilin sonunadək amnistiyanın elan oluna biləcəyi barədə fikirlər yayılıb. Qeyd edək ki, bu il Prezident İlham Əliyevin sərəncamı ilə 200-dən artıq məhkum əfv edilib. Əfvdən fərqli olaraq amnistiya Milli Məclis tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz