AMİP-30

AŞPA-nın kritik YANVAR sessiyası – Bakının son qərarı…

Məlumdur ki, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) ötən il yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib.

Qərarı dörd əsas səbəbə əsaslanaraq Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması şəklində qəbul edilib. Bu səbəblər arasında 2023-cü ildə Azərbaycanın AŞ PA məruzəçilərinin Laçın dəhlizinə daxil olmasına icazə verməməsi, insan hüquqlarının pozulmasının davam etməsi, siyasi məhbusların sayının artması və AŞ PA-nı 7 fevral prezident seçkilərini qiymətləndirməyə dəvət etməkdən imtinası vardı. Sənədin 76 deputat lehinə, 10 deputat əleyhinə səs verib, 4 deputat bitərəf qalıb. Yalnız Ukrayna və Türkiyənin nümayəndələri Azərbaycanı dəstəkləyib, qətnamənin əleyhinə çıxış ediblər.

Elə həmin gün Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Azərbaycanlı deputatlar verdikləri qərarı qurumda Azərbaycanla bağlı irəli sürülən qətnamənin ölkəyə qarşı “qarayaxma kampaniyası” olması ilə əlaqələndiriblər. “AŞ PA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib”, – bəyanatda bildirilirdi.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda ümid edirdi ki, təşkilatın köməyi ilə pozulan hüquqlarını, ərazi bütövlüyünü bərpa edə bilər. Lakin 30 il ərzində heç bir effektiv nəticə olmadı. İkinci Qarabağ müharibəsindən sonra isə ölkəmizə qarşı total hücum başlandı və proses hələ də davam edir. Frank Şvabe və onun kimi bəzi deputatların fəaliyyəti AŞ PA-da böhranı daha da dərinləşdirir. Faktiki olaraq, təşkilatın ölkəmiz əleyhinə qəbul etmək istədiyi qərarlar onun prinsip və normalarına ziddir.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda ümid edirdi ki, təşkilatın köməyi ilə pozulan hüquqlarını bərpa edə, ərazi bütövlüyünü təmin etməyə müvəffəq ola bilər. Lakin 30 il ərzində gördüyü və müşahidə etdikləri bunun əksini üzə çıxardı. Nəhayət, Azərbaycan 44 günlük müharibə ilə öz ərazi bütövlüyünü təmin edəndən sonra ölkəmizə qarşı total hücum başladı və bu proses hələ də davam edir. Frank Şvabe və onun kimilərin fəaliyyəti AŞ PA-da böhranı daha da dərinləşdirməkdədir. Faktiki olaraq, AŞ PA-nın ölkəmiz əleyhinə qəbul etmək istədiyi qərarlar təşkilatın prinsip və normalarına zidd addımdır. Azərbaycanın bununla barışması, təbii ki, mümkün deyil. Ölkəmiz hazırkı fəaliyyətinə görə Avropa Şurası ilə yollarını tamamilə ayırmaq barədə də düşünür.

AŞ PA-nın bir neçə gündən sonra başlayan yanvar sessiyasında Azərbaycana yeni hücum gözləniləndir. Hələ iki ay əvvəl anti-Azərbaycan xoruna başçılıq edən Almaniyanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Frank Şvabe yanvar sessiyasında Bakıya qarşı sərt siyasətin davam etdirilməsinə çağırış etmişdi. Bəllidir ki, Şvabe Azərbaycanın bir il müddətinə AŞ PA-da səs hüququndan məhrum edilməsinin təşəbbüskarlarından biridir. Onun xüsusilə də Azərbaycan və Türkiyə əleyhinə mövqeyi erməni lobbisinin “maddi təsiri” altında olduğuna şübhə yeri qoymur. Ötən ay almaniyalı deputat Azərbaycanın yanvar sessiyasında AŞ PA-dan uzaqlaşdırılacağı ilə təhdid etmişdi. “Azərbaycan nümayəndə heyəti “hazırkı şəraitdə” bu qurumla əlaqələri bərpa etməyi düşünmür. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sabiq sədri Səməd Seyidov “BBC News”a müsahibəsində bu qurumu “hələ də Azərbaycana qarşı tamamilə obyektivlikdən uzaq olan mövqe” sərgiləməkdə” ittiham edib. Səməd Seyidov hesab edir ki, öz daxilində “böhran yaşayan” bir qurum Azərbaycanla, eləcə də digər ölkələrlə bağlı hansısa bəyanat verə bilməz.

Deputat Arzuxan Əlizadə də “Yeni Müsavat”a bildirdi ki, AŞ PA-da Azərbaycan əleyhinə çıxışlar gözləniləndir: “Bizim bu qurumla olan münasibətlərin pisləşməsi Azərbaycanın ucbatından baş verməyib. Bu qurumun deputatlarının əksəriyyəti səsvermə haqqımızı əlimizdən alan qətnamə çıxarıb. Ancaq biz əlaqələrin düzəlməsini gözləyirik, qərəzli mövqedən geri çəkilmələrinə ümid edirik. Əgər AŞ PA-da bu dəfə Azərbaycana qarşı demarş olmasa, yumşaldıcı mövqe sərgilənsə, gec-tez münasibətlər normallaşacaq, nümayəndə heyətimizin səsvermə hüququ bərpa ediləcək”.