AMİP sədri qardaş ölkəyə başsağlığı verib
Qardaş Türkiyə Cümhuriyyətinin Bolu şəhərində Kartalkaya xizək mərkəzində hoteldə baş vermiş yanğında çoxsaylı insan təlafatının və xəsarət alanların olması xəbəri bizi çox üzdü. Belə bir gündə qardaş ölkənin yanında olduğumuzu bildirir və kədərinizi bölüşürük.
Bu faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, bütünlüklə qardaş Türkiyə xalqına partiyamız adından dərin hüznlə başsağlığı verir və səbr diləyir, yanğında həyatını itirən insanlara Uca Tanrıdan rəhmət, yaralılara şəfalar diləyirik!
Qardaş Türkiyənin kədəri kədərimiz, acısı acımızdır!
Tanrı Türkiyəmizi qorusun!
Arzuxan Əlizadə
Millət Vəkili,
Azərbaycan Milli İstiqlal Partiyasının Sədri