AMİP-30
arzuxan

İdarəetmə ilə bağlı YENİLİK: “Konstitusiyaya dəyişikliklər edilə bilər”

Bir neçə dəfə Konstitusiyaya müxtəlif aspektlərdən dəyişikliklər, əlavələr edilməsi ilə bağlı çağırışlar və təkliflər olub.

Bu sözləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib.

Deputat bildirib ki, sədri olduğu partiyanın da bununla təklifləri olub. 

“Təbii ki, Konstitusiya dəyişiklərinin özündə ehtiva edən müddəalar referenduma çıxarılmalıdır və təsdiqlənməlidir. Cənab Prezidentin yeni hədəflərə doğru fəaliyyət istiqamətlərini müəyyənləşdirməklə bağlı mövqe sərgiləyib. Konstitusiyada suverenlik, yeni fəaliyyətin gücləndirilməsi gözləniləndir. Amma dəyişikliklər də istisna edilmir”, – deyə o əlavə edib. 

A.Əlizadə noyabr ayına qədər referendum keçirilib, Konstitusiyaya dəyişikliklər ediləcəyini hesab etmir. 

“İstənilən halda, Konstitusiyaya dəyişikliklər edilə bilər ki, idarəetmə ilə bağlı da yenilik olacaq. Misal üçün icra hakimiyyətlərinin yeni sistemlə fəaliyyət göstərməsi mümkündür. Ümumiyyətlə, bir neçə vacib məsələlər var ki, yeni dönəm üçün qəbul edilməsini istisna etmirik”, – deyə o bildirib.

Xatırladaq ki, Milli Məclisin deputatı Zahid Oruc deyib ki, Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması ilə əlaqədar qarşıda bir çox çağırışlar, baxışlar var və bu çağırışlara yeni referendumun keçirilməsi də daxildir.