Arzuxan Əlizadə: “Somali prezidenti bildirib ku, ölkəsinin zəngin rezursları var, lakin onun işlənməsi və emal edilməsi üçün tərəfdaşlar lazımdur”
Fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatlarla çıxış ediblər.
Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud bildirib kimi, Azərbaycan Somaliyə Afrikanın inkişaf edən bazarlarına, xüsusilə də ticarət və logistika sahələrində qapı kimi baxa bilər. Somalinin Hind okeanında və Qırmızı dənizdə strateji olaraq yerləşməsi ölkələrimiz üçün iqtisadi faydaların paylaşıla və araşdırıla biləcəyi qiymətli strateji ərazidir. Bununla Sumali prezidenti nə demək istəyir? Ümumiyyətlə, Somali Azərbaycan üçün iqtisadi baxımdan hansi strateji əhəmiyyətə malikdir?
Baku-xeber.com saytına açıqlamasında millət vəkili, AMİP sədri Arzuxan Əlizadə bildirdi ki, iki gündür Somali prezidenti Bakıda səfərdədir: “Prezidentlər arasında rəsmi görüş keçirilib. Görüşdən sonra hər iki dövlət başçısı mediaya açılamalarla çıxış ediblər. Azərbaycan prezidenti xüsusi olaraq vurğulayıb ki, bu, Azərbaycanla Somali arasında əməkdaşlığın qurulması istiqamətində ilk addımdır. Bir qədər əvvəl Azərbaycan nümayəndə heyəti Somalidə səfərdə olub. Həmin səfər çərçivəsində Somali prezidentinin Azərbaycana səfərinin təşkil edilməsi ilə yanaşı, iki ölkə arasında hansı sahədə əməkdaşlıq etməyin mümkün olacağı barədə araşdırmalar aparılıb və ilkin perspektivlər müəyyənləşdirilib.
Azərbaycan prezidenti bildirdi ki, yaxın gələcəkdə yenidən geniş tərkibli nümayəndə heyətinin Somaliyə səfərinə ehtiyac yaranıb. Bu səfər nəticəsində iki ölkə arasında əməkdaslığa dair konkret sahələr üzrə perspektivlər müəyyənləşdiriləcək. Təxminən bu iki ölkə eyni vaxtda müstəqillik qazanıb. Somali prezidenti deyib ku, Azərbaycan təcrübəsində bizim öyrənə biləcəyimiz çox şeylər var. O, əlavə edib ku, ölkəsinin zəngin rezursları var, lakin onun işlənməsi, emal edilməsi üçün tərəfdaşlar lazımdur. O bildirib ki, etibarli tərəfdaşlar olmadığından həmin resurslardan istifadə edilə bilməyib. Onlar ümid edir ki, Azərbaycanla tərəfdaşlıq nəticəsində ölkə resurslarının hasil və emal edilməsi mümkün olacaq. Qarşı tərəf iqtisadi və diplomatik sahədə əməkdaşlıqda xüsusilə maraqlı olduğunu bildirib. Azərbaycan prezidenti bildirib ki, Somalinin hansı resurslarına sərmayə qoyulmasını müəyyənləşdirməyə ehtiyac var. Bu yerdə qeyd edək ki, Somalinin çox zəngin kənd təsərrüfatı potensialı var.
Somali prezidenti xüsusi vurğulayıb ki, ölkəsi Azərbaycan üçün Afrikanın inkişafda olan ölkələrinə bir qapı rolunu oynaya bilər. Somalinin həm təbii logistik imkanları genişdir, həm də bu ölkə Azərbaycana dəstək verməyə hazır olduğunu bildirir. Somali Qırmızı dəniz və Hind okianına çıxısı olan bir ölkə kimi Avrasiyanin Afrikaya açılan qapısı sayılır. Ona görə də Azərbaycanın Somali ilə əməkdaslığının geniş iqtisadi perspektivləri ola bilər.
Həmçinin Somali Azərbaycanın hərbi-sənaye kompleksinə maraq göstərir. Gələcəkdə Somali öz mudafiə qabiliyyətini artırmaq üçün Azərbaycanın potensialından yararlana bilər.
Eyni zamanda Somali Azərbaycanın ASAN xidmət təcrübəsindən də yararlanmaq fikrindədir.
Ümumiyyətlə, yaxın gələcəkdə hər iki ölkənin geniş tərkibli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri cərçivəsində əməkdaşlığa dair hər iki ölkənin potensialı qiymətləndiriləcək və müəyyənləşdiriləcək istiqamətlər üzrə qarşılıqlı sazişlər imzalanacaq. Düşünürük ki, bu əməkdaşlıq hər iki ölkə üçün faydalı olacaq. Çünki hər iki ölkə zəngin resurslara malik olsa da fərqli regionlarda yerləşir. Ona görə də bu iki ölkə arasında bir-biri üçün maraqlı olan geniş çeşidli əməkdaşlıq sahələrinin yaranması tamamilə mümkündur”.