AMİP-30

Afsəddin Nəbiyev: “Ermənilərin o müraciəti havada qalacaq”

ABŞ Senatının Kəşfiyyat Komitəsi Prezident Donald Tramp tərəfindən Milli Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri postuna namizədliyi irəli sürülən Tulsi Qabbardı bir səs çoxluğu ilə təsdiqləyib.

Bundan dərhal sonra Amerika Erməni Milli Komitəsi sevincək Qabbarda məktubla müraciət edərək, “Artsaxın” yerli erməni əhalisinin Azərbaycan tərəfindən “soyqırım” “etnik təmizlənmə”sinə töhfə verən ABŞ kəşfiyyatının, siyasətinin və xarici yardımının uğursuzluqlarını hərtərəfli araşdırmağa çağırıb: “Amerikanın Erməni Komitəsi bu gün Qabbardın təsdiqini alqışlayır və ABŞ-ı Azərbaycanın “Artsaxın” erməni əhalisinə qarşı apardığı “soyqırım” kampaniyasındakı rolunu Azərbaycana kömək edən, təşviq edən nöqsanlar və ya tövsiyələr vasitəsilə tam qiymətləndirməyə çağırır”.

Bununla belə, Qabbarda ünvanlanan məktubda qeyd edilir ki, Qarabağ ermənilərinin xilas olunması, onların problemlərinin həll olunmasına yönəlmiş ABŞ kəşfiyyatının siyasətinin və xarici siyasətinin uğursuzluqlarını araşdırın: “Biz ABŞ-ın uğursuzluqları və Azərbaycana “Artsax”ın dinc erməni mülki əhalisinə qarşı soyqırım proqramlarını həyata keçirməyə kömək edən, həvəsləndirən və ya təşviq edən komissiyanın səhvlərinin araşdırılmasını dəstəkləməyə hazırıq”.

Bununla ermənilər Qabbarddan tələb edirlər ki, ABŞ siyasətinin yanlış olduğunu qoy ortalığa. Bunu araşdırmağı, yanlış olduğunu tələb edirlər, eyni zamanda umurlar.

Qeyd edək ki, Qabbard ABŞ-dakı erməni təşkilatları ilə sıx əməkdaşılıq edir. 2017-ci ildə Konqres üzvü kimi o, Amerika Erməni Milli Komitəsinin təşkil etdiyi konfransda Ermənistan və Qarabağa səfər edib. Konqresdə erməni maraqlarını dəstəkləyib. Erməni “soyqırımını” tanıyan qətnamələrin lehinə səs verib. Konqresdə Azərbaycanın əleyhinə çıxışlar edib.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, Amerikada Erməni Milli Konqresinin Qabbarda yazdıqları “sevincək məktub” Tramp administrasiyasının Milli Kəşfiyyat İdarəsinin soyuq divarları arasında toz basmış arxivlərində gərəksiz kağız parçasına çevriləcək: “Tulsi Qabbard təkcə Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısında” deyil, həmçinin 2022-ci ildə Ukraynanın xüsusi xidmət orqanları Rusiyapərəst mövqeyinə görə onun adını “Ukraynanın düşmənləri” siyahısına salıb. Əslən uzaq Samoa adalarından olan bu xanım həm də qatı ermənipərəstliyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qərəzli təxribatçı münasibəti ilə seçilib. Qabbardın 2017-ci ildə Nümayəndələr Palatasının bir neçə ermənipərəst üzvü ilə birlikdə Azərbaycanın ozamankı işğal olunmuş ərazilərinə səfər etməsi onun təxribatçı mahiyyətini ortaya qoyur. 2022-ci ilə qədər Demokratlar Partiyasını təmsil edən Qabbard 2024 -cü ildə Respublikaçılar Partiyasına qoşularaq Respublikaçıların seçki kompaniyasında fəal iştirak etdiyinə görə Tramp tərəfindən mükafatlandırıldı. Onun “rusiyapərəst, ermənipərəst agent” reputasiyası bu vəzifə ilə uyğunluq təşkil etmir. Görünür, Tramp adminstrasiyası Rusiya ilə münasibətləri nizama salmaq üçün Qabbardın “xidmətindən”yararlanmaq istəyir. Marko Rubionun ardınca Tulsi Qabbardın yüksək vəzifəyə təyin olunması ilə Azərbaycana ciddi təsirinin olacağına inanmaq doğru olmaz. Çünki Marko Rubionun, Tulsi Gabbardın vaxtilə dəstəklədiyi cinayətkar dəstə, “artsax” adlandırılan qurumun əsas heyəti Azərbaycan qanunları qarşısında ədalət mühakiməsi altındadır. O üzdən, ermənilərin o müraciəti havada qalacaq. Düşünmürəm ki, separatçı qurumla bağlı hansısa yeni araşdırmaya start verilsin”.