AMİP-30

Etibar Məmmədov Arzuxan Əlizadəni təbrik edib

Etibar Məmmədov AMİP-nın Sədri , Milli Məclisin üzvü Arzuxan Əli-zadəni 60 illik yubileyi münasibətilə təbrik edib.

Hörmətli, Arzuxan bəy!

Sizi 60 illik yubiley yaşınız münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, şəxsi həyatınızda və fəaliyyətinizdə bundan sonra da davamlı uğurlar arzulayıram!

Siz hələ gənc yaşlarından Azadlıq və Müstəqillik uğrunda gedən mübarizədə fəal iştirak etməklə ömrünün böyük hissəsini xalqımıza, millətimizə və vətənimizə xidmətdə keçirmiş dəyərli insan, dəyərli istiqlalçısınız.

Təşkilatçılığınız və insanlarla ünsiyyət bacarığınız sayəsində uzun illər ərzində partiyada rəhbərlik etdiyiniz bütün sahələrdə üzərinizə düşən vəzifəni layiqincə yerinə yetirməklə partiyanın inkişafına və güclənməsinə mühüm töhfələr vermisiniz. Bu gün də Azərbaycan Milli İstiqlal Partiyasının sədri olaraq mübarizənin ön sıralarındasınız və partiyamızın inkişafı üçün yorulmadan, səylə fəaliyyət göstərirsiniz.

Uzun illərdən sonra partiyanın Milli Məclisdə təmsil olunması, sizin də Milli Məclisin üzvü, İnsan Hüquqları Komitəsinin Sədr müavini olaraq üzərinizə yeni vəzifələr qoyur.

Milli İstiqlal ailəsi olaraq inanırıq ki, şəxsi keyfiyyətləriniz, gələcəyə inamınız, eləcə də qazandığınız böyük həyat təcrübəsi və prinsipiallıq sayəsində bu vəzifələrin də öhdəsindən layiqincə gələcəksiniz.

Hörmətli, Arzuxan bəy!

Sizi bir daha təbrik edir, sağlam uzun ömür yaşamanızı diləyirəm! Arzu edirəm ki, uğurlarınız davamlı olsun!

Bütün Milli İstiqlalçılar adından dərin hörmətlə,

Etibar Məmmədov

Bakı şəhəri, 15 mart 2025 -ci il.