Etibar Məmmədov, partiyanın qurucularından biri olan dəyərli alim İsa Məmmədovu 75 illik yubileyi münasibətilə təbrik edib
Hörmətli, İsa bəy!
Sizi 75 illik yubiley yaşınız münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, şəxsi həyatınızda və fəaliyyətinizdə bundan sonra da davamlı uğurlar arzulayıram!
Siz ali ideyaları özündə yaşadan, Vətən və Millət sevgisini daima əziz tutan, xalqının dərdini və sevincini paylaşa bilən,onun haqq səsini ucadan deməyi bacaran dəyərli ziyalılardansınız.Azadlıq və müstəqillik uğrunda gedən mübarizədə fəal iştirakınız bu ali ideyalara nə qədər bağlı olduğunuzu bir daha təsdiqlədi.
Sizin ictimai-siyasi fəaliyyətiniz və tutduğunuz fəal vətəndaş mövqeyiniz olduqca təqdirəlayiq və qürurvericidir.Hələ gənc yaşlarınızdan yenicə müstəqillik qazanmış resbulikamızda ilk yananan siyasi partiyanın Azərbaycan Milli İstiqlal Partiyasının qurucularından biri olaraq siyasi fəallığınız yüksək mənəvi dəyərlərə sahib olduğunuzun göstəricisidir.Uzun illər Azərbaycan Milli İstiqlal Partiyasının sıralarında olmaqla dövlətçiliyimizin qorunmasında və möhkəmləndirilməsində, sivil dəyərlərin bərqərar olmasında, milli maraqların müdafiəsində on minlərlə silahdaşımızla birlikdə, çiyin-çiyinə mücadilə Partiyanın yarandığı ilk günlərindən eyni zamanda partiyanın strukturlarının formalaşmasında yaxından iştirakınız partiya rəhbərliyi tərəfindən hər zaman yüksək qiymərtləndirilib. Sizin eyni zamanda pedaqoji fəaliyyətiniz gənclərimizi vətənpərvərlik ruhunda böyüdüb tərbiyə olunmasında bacarıqlı kadrların yetişdirilməsində göstərdiyiniz illərin zəhməti öz bəhrəsini verməkdədir.
Elmi pedaqoji , ictimai siyasi fəaliyyətinizin əsas qayəsi ölkəmizdə yüksək ali dəyərlərin bərqərar olunması, Azərbaycanın bütövləşməsi, dünyanın qabaqcıl inkişaf etmiş dövlətinə çevrilməsi və doğma Vətənimizdə güclü iqtisadi dayaqlara söykənən sivil idarəçiliyin qurulmasıdır. Siz yüksək mənəvi keyfiyyətlərə malik nümunəvi vətəndaş olmaqla bərabər həm də nümunəvi Ailə başçısı, qayğıkeş Ata kimi tanınır və dəyərləndirilirsiniz.
Hörmətli, İsa bəy!
Sizi bir daha təbrik edir, sağlam uzun ömür yaşamanızı diləyirəm! Arzu edirəm ki, hər zaman gənc nəslə örnək olacaq fəaliyyətiniz və uğurlarınız davamlı olsun!
Dərin hörmətlə
AMİP Lideri
Etibar Məmmədov
Bakı şəhəri, 17 mart 2025 -ci il
