Partiya sədrləri Novruz bayramını harada qeyd edəcəklər? – SORĞU
Azərbaycanda Novruz bayramı qeyd olunur.
Bu bayramı vətəndaşların böyük əksəriyyəti evdə keçirməyə üstünlük verir. Bəzi vətəndaşlar isə paytaxtın müxtəlif yerlərində təşkil olunan bayram konsertlərinə qatılırlar. Eyni zamanda, bölgələrə gedən və ya xarici ölkələrdə Novruz bayramını keçirənlər də var.
Maraqlıdır, siyasətçilər Novruz bayramını harada keçirəcəklər?
“Cebheinfo.az” bununla bağlı partiya sədrləri arasında sorğu keçirib.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə də bayramı evdə qeyd edəcək:
“Bütün bayramları ailə üzvlərim və yaxınlarımla birlikdə qeyd etməyi xoşlayıram. Bu dəfə də övladlar və nəvələrlə birlikdəyik. Bayramı Bakıda, evimizdə qeyd edəcəyik”.