Mayın 1-dən Bakı-Tiflis qatarı fəaliyyətə başlayacaq?
“Mayın 1-dən Bakı-Tiflis dəmir yol qatarının ikitərəfli gediş-gəlişi ilə bağlı məsələ gündəmdədir. Hər iki tərəfin hökumət nümayəndələri bununla bağlı öz mövqelərini bildiriblər və yolun açılacağı gözlənilir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
Deputat bildirib ki, bu bütövlükdə quru sərhədlərin açılması demək deyil:
“Quru sərhədlərin açılması üçün həmin sərhədlərdən avtomobil yolu ilə sərnişinlərin keçməsinə şərait yaradılmalıdır ki, bununla bağlı hələ konkret mövqe yoxdur. Mövqe əslində ondan ibarətdir ki, hələlik quru səhədlər bağlı qalsın və bu müddət də iyul ayının 1-nə kimi uzadılıb”.