“Hücum silahları ilə təmin edilən Ermənistan, Azərbaycana qarşı revanşist addımlar atmağa təhrik edilir”
“Ermənistan sürətlə silahlandırılır və əvvəl ilkin dövrdə müdafiə silahları verilirdisə, artıq hücum silahları verilir. Faktiki olaraq erməni xislətindən istifadə edərək, Ermənistan revanşist addımlar atmağa təhrik edilir. Bilirlər ki, ermənilərə bir balaca dəstək versələr, onlar yenə də ağılları başlarından çıxıb istənilən addımı atmağa malik bir təfəkkürə malikdirlər. Bu mənada Ermənistan Azərbaycan arasında münasibətlərin gərginləşməsinə və sülh müqaviləsinin imzalanmasının əngəllənməsinə yönəlik fəaliyyət göstərilməkdədir”.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Fransanın yürütdüyü siyasət konkret olaraq bundan ibarətdir, burada başqa məqsəd yoxdur: “Məqsəd öz maraqlarını bölgədə bu və ya digər formada təmin etməkdir və maraqları belə bir taktika seçiblər ki, Ermənistandan istifadə etməklə və Azərbaycana guya hansısa təzyiqlər etməklə öz məqsədlərini həyata keçirmək istəyirlər. Amma onlar bunun fərqində deyillər ki, Azərbaycan artıq regionun söz və güc sahibinə çevrilib, xüsusilə də qardaş Türkiyə ilə tandemdə bu güc birə on qat artıb. Artıq Azərbaycana hansısa təzyiq etmək yolu ilə nəyəsə nail olmaq qeyri mümkündür”.
“Eyni zamanda onu da başa düşürlər ki, Ermənistandan istifadə etməklə nəyəsə guya nail olmaq mümkündür. Bu da təbii ki, Fransanı və digər gücləri bu cür addım atmağa həvəsləndirir. Yəni konkret olaraq Ermənistan alətdir, vasitədir. Ermənistan öz xoşuna hansısa bir addım atmır”-deyə deputat qeyd edib.