AMİP-30

AMİP-dən TƏBRİK

Azərbaycan Milli İstiqlal Partiyası
26 iyun hərbçilərimizi, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107-ci ildönümü münasibətilə təbrik edir.
Bu əlamətdar gündə Vətənimizin müdafiəsində mərdliklə dayanan, xalqımızın əmin-amanlığı və torpaqlarımızın bütövlüyü uğrunda şücaətlə xidmət edən bütün hərbçilərimizi ürəkdən təbrik edirik!

Torpaqlarımızın işğaldan azad edilməsi yolunda canından keçən Şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə can sağlığı arzulayırıq!
Azərbaycan Ordusunun qüdrəti və peşəkarlığı bu gün hər bir vətəndaşımız üçün qürur mənbəyidir. Uğurlarınız bol, yolunuz açıq, gücünüz daima xalqın dəstəyi ilə möhkəm olsun!
Vətən naminə müqəddəs və şərəfli xidmətinizdə uğurlar arzulayırıq!
Yaşasın Azərbaycan Silahlı Qüvvələri!