AMİP-30

Bir çox qurumlar öz vəzifələrini vicdanla yerinə yetirmirlər – Deputat TƏNQİD ETDİ

“Bakıda yolun çökməsi nəticəsində bir gəncin ölməsi cəmiyyətin diqqət mərkəzindədir. Olduqca faciəvi bir hadisədir, eyni zamanda əlaqədar qurumların bu cür ölüm hadisəsinə səbəb ola biləcək səhlənkarlığı insanlarda haqlı olaraq riqqət doğurur”. 

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, bu hadisə əlaqədar qurumların cinayətkarcasına səhlənkarlığı nəticəsində baş verib:

“Ortada ölüm faktı var, təbii ki, cinayət işi açılmalıdır, bildiyim qədərilə, artıq açılıb. İlkin araşdırma deməyə əsas verir ki, həmin kanalı istismar edən idarə Bakı Sukanal İdarəsidir. Cinayət işi çərçivəsində kimin bu məsələdə günahkar olduğu üzə çıxarılacaq, vəzifəli şəxslər müəyyənləşdiriləcək və cinayət məsuliyyətinə cəlb ediləcək. Təəssüflər olsun ki, bir çox qurumlar, vəzifəli şəxslər öz vəzifələrini vicdanla yerinə yetirmirlər deyə, bu cür hadisələr baş verir. Gələcəkdə baş verməməsi üçün ciddi tədbirlər görülməlidir”.