AMİP-30

AMİP-in konfransları davam edir – FOTLAR

Azərbaycan Milli İstiqlal Partiyasının növbəti Qurultayının çağırılması ilə əlaqədar olaraq Rayon (Şəhər) təşkilatlarında hesabat-seçki konfransları davam edir.
Növbəti konfranslar 29-30 iyun tarixlərində Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında keçirilib. AMİP Nizamnaməsinə müvafiq olaraq rayon təşkilatlarının İdarə Heyətləri formalaşıb, Qurultaya nümayəndələr seçilib.
Konfranslarda AMİP Sədri Millət vəkili Arzuxan Əlizadə, AMİP Siyasi Şura üzvü Təbriz Musayev, AMİP Sədrinin Seçki məsələləri üzrə müavini Yahya Həsənov, AMİP Sədrinin Beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev iştirak ediblər.

AMİP- in növbəti XIII Qurultayının cari ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulmuşdur.