AMİP-in rayon təşkilatlarında hesabat-seçki konfransları davam edir – FOTOLAR
Azərbaycan Milli İstiqlal Partiyası növbəti Qurultayının çağırılması ilə əlaqədar olaraq Rayon (Şəhər) təşkilatlarında hesabat-seçki konfransları davam edir. Növbəti konfranslar 12-13 iyuI tarixlərində Göyçay, Ağsu və Nəsimi rayonlarında keçirilib. AMİP Nizamnaməsinə müvafiq olaraq rayon təşkilatlarının İdarə Heyətləri formalaşıb,Qurultaya nümayəndələr seçilib.
Konfranslarda AMİP Sədri Millət vəkili, Arzuxan Əlizadə ölkədə ictimai -siyasi vəziyyətlə bağlı, işğaldan azad olunmuş ərazilərimizdə aparılan geniş quruculuq işlərindən bəhs edən məruzə ilə çıxış edib. AMİP- in növbəti XIII Qurultayının cari ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulur.






