AMİP-30

AMİP-in növbəti XIII Qurultayı cari ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulur – FOTOLAR

Azərbaycan Milli İstiqlal Partiyasının növbəti XIII Qurultayının çağırılması ilə əlaqədar olaraq Rayon (Şəhər) təşkilatlarında hesabat-seçki konfransları keçirilməkdədir. Bununla əlaqədar 19-20 iyuI tarixlərində Sabunçu və Xətai rayonlarında, həmçinin Sumqayıt şəhərində konfranslar keçirilmişdir. AMİP Nizamnaməsinə müvafiq olaraq rayon (şəhər) təşkilatlarının İdarə Heyətləri formalaşıb, Qurultaya nümayəndələr seçilib. Konfranslarda AMİP Sədri, Millət vəkili Arzuxan Alizade ölkədəki ictimai -siyasi vəziyyətlə bağlı, həmçinin partiyanın qarşısında duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.

Konfransların işində AMİP sədri ilə yanaşı, Ali Məclis sədri Rəşad Bayramov, sədr müavinləri Yəhya Həsənov və Afsəddin Nəbiyev, AMİP sədrinin müşaviri Ceyran Ənsər, o cümlədən SŞ üzvü Məmməd Qələndərli və Nərimanov RT sədri Xalıqverdi Həsənov iştirak edib.

Bildirildiyi kimi, AMİP-in növbəti XIII Qurultayının cari ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulmuşdur.