AMİP-30
arzuxan

“Nə Makron, nə başqası Aİ missiyasının qalmasını təmin edə biləcək” – Deputat

“Ermənistanla paraflanmış sülh sazişinin müddəlarından biri ümumi sərhəddə üçüncü qüvvələrin yerləşdirilməməsi ilə bağlıdır ki, bu da təbii ki, Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətini artıq böyük sual altında qoyur”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat əlavə edib ki, Ermənistanın üzərinə götürdüyü öhdəliklər var. Həmin öhdəliklərdən biri də Aİ missiyasının sərhəddən, Ermənistan ərzisindən çıxarılmasıdır ki, bu da sülh müqaviləsinə bağlı məsələdir:

“Cənab Pezidentin dediyi kimi, Ermənistana bir ev tapşırığı verildi. İrəvan referenduma gedib öz konstitusiyasını dəyişdirməlidir. Azərbaycanın tələblərini yerinə yetirməlidir ki, sülh müqaviləsi imzalansın. Tələblərdən biri təbii ki, budur. Nə vaxt edəcəklərsə, sülh sazişi onda imzalanacaq. Bunların baş verəcəyi təqdirdə təbii ki, Aİ missiyası da öz missiyasını başa vurmuş olacaq. Tələblər və konkret paraflanmış saziş onu deməyə əsas verir ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir və sülh müqaviləsinin imzalanması üçün mane olacaq şərtlərə əməl etməlidir”.

Deputat Makronun layihəsi olan bu missiyanın 2027-ci ilədək fəaliyyətini davam etdirə biləcəyini istisna edir:

“Əlbəttə ki, bu, mümkün olmayacaq. Bir daha deyirəm ki, referendum keçirib Azərbaycana qarşı ərazi iddialarını aradan qaldıracaqlarsa, artıq ən böyük maneə keçilmiş olacaq. Paralel olaraq da missiya öz fəaliyyətini dayandıracaq. Nə Makron, nə digər ona bənzər liderlər heç bir halda missiyanın vaxtının uzadılması, yaxud qalmasını təmin edə biləcəklər. Çünki Ermənistanın üzərinə götürdüyü öhdəliklər var və bu prosesdə qarantyor olaraq da ABŞ çıxış edir. Öz istəklərini hansısa formada diktə edə bilmək şansları yoxdur”.