AMİP-30

Etibar Məmmədov professor Məhərrəm Zülfüqarlını 70 illik yubileyi münasibətilə təbrik etdi

Hörmətli, Məhərrəm müəllim!
Sizi 70 illik yubiley yaşınız münasibəti ilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, şəxsi həyatınızda və fəaliyyətinizdə bundan sonra da davamlı uğurlar arzulayıram!
Sizin ictimai-siyasi fəaliyyətiniz və tutduğunuz fəal vətəndaş mövqeyiniz olduqca təqdirəlayiq həm də qürurvericidir. Siz hələ ötən əsrin səksəninci illərinin sonlarında vüsət alan Milli Azadlıq Hərəkatında ön cərgələrdə olmusunuz. Uzun illər Azərbaycan Milli İstiqlal Partiyasının sıralarında olmaqla dövlətçiliyimizin qorunmasında və möhkəmləndirilməsində, sivil dəyərlərin bərqərar olmasında, milli maraqların müdafiəsində on minlərlə silahdaşımızla birlikdə, çiyin-çiyinə mücadilə etmisiniz.
Sizin siyasi fəaliyyətinizin əsas qayəsi ölkəmizdə sivil dəyərlərin bərqərar olunması, Azərbaycanın bütövləşməsi, dünyanın qabaqcıl inkişaf etmiş dövlətinə çevrilməsi və doğma vətənimizdə güclü iqtisadi dayaqlara söykənən daha modern idarəçiliyin qurulması olmuşdur.
Qürurvericidir ki, uzun illər ərzində gənc nəslin maarifləndirilməsi istiqamətində göstərdiyiniz davamlı pedaqoji fəaliyyət elmi araşdırmalarımız layiqincə qiymətləndirilmişdir və bu gün də tarix elmləri doktoru, professor olaraq bu şərəfli fəaliyyətinizi davam etdirməkdəsiniz.Əminəm ki, gələcəyə böyük inamınız və tükənməz enerjiniz sayəsində daha böyük uğurlara imza atacaqsınız.
Hörmətli, Məhərrəm müəllim!
Sizi bir daha təbrik edir, sağlam uzun ömür yaşamanızı diləyirəm! Arzu edirəm ki, hər zaman gənc nəslə örnək olacaq fəaliyyətiniz və uğurlarınız davamlı olsun!
Bütün Milli İstiqlalçılar adından dərin hörmətlə,

Etibar Məmmədov
Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri
Bakı şəhəri, 19 avqust 2025-ci il