AMİP-30

AMİP Siyasi Şurasının növbəti iclası keçirilib – FOTOLAR

19 sentyabr 2025-ci il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının XIII Qurultay ərəfəsində Nizamnaməyə uyğun olaraq son iclası keçirilib.

Toplantını AMİP Sədri, millət vəkili Arzuxan Əlizadə açaraq ölkəmizdə elan olunmuş “Suverenlik və Konsultasiya İli” çərçivəsində 2023-cü ilin həmin günlərində həyata keçirilən antiterror tədbirlərinin əhəmiyyətinə dair geniş məruzə ilə çıxış edib. O, bu tədbirlərin Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndiyini xüsusi vurğulayıb.

İclasda XIII Qurultaya hazırlıq prosesi, keçirilmiş hesabat-seçki konfranslarının nəticələri, Siyasi Şura üzvlərinin təklifləri və digər cari məsələlər ətraflı müzakirə olunub.

Cari məsələlərin müzakirəsi zamanı AMİP Sədri Arzuxan Əlizadə partiyanın Təşkilat məsələləri üzrə sədr müavini Afsəddin Nəbiyevi 50 illik yubileyi münasibətilə təbrik edib. O, yubilyarın partiyanın inkişafındakı xidmətlərini yüksək qiymətləndirərək, gələcək fəaliyyətində yeni uğurlar arzulayıb və bütün milli istiqlalçılar adından ona səmimi təbriklərini çatdırıb.