AMİP-30

Məmurlar daha çox qohumluq əlaqələrinə görə dövlət və özəl sektorda möhkəmləniblər

“Azərbaycanfda məmurlar daha çox qohumluq əlaqələrinə görə dövlət və özəl sektorda möhkəmləniblər. Bir sıra hallarda isə vəzifələr və postlar demək olar ki, irsən ötürülür”.

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, bu neqativ vəziyyət xüsusən də, prestijli sahələrdə, gəlirli strukturlarda, dövlət orqanlarında geniş yayılıb:

“Hətta seçkili qurum olan parlament də nepotizmin fəsadlarına məruz qalıb. Son seçkilərdə bəziləri öz deputat mandatını qızına, oğluna, kürəkəninə, qardaşına, həyat yoldaşına, gəlininə ötürməsinə nail oldu. Yüksək rütbəli məmurlar öz hakimiyyətlərini və postlarını ailə üzvləri və övladlarına ötürə bilmədiklərindən bunu öz vəzifə səlahiyyətlərindən və qeyri-formal əlaqələrindən istifadə edərək yaxın qohumlarına, məsələn, böyük işgüzar strukturlarda yüksək vəzifə vermək üçün də istifadə edirlər”.

Əli Orucov qeyd edib ki, savadlı və peşəkar kadrlar isə bir qayda olaraq kölgədə saxlanılırlar:

“Ən yaxşı halda isə onlar bacarıqsızların da işlərini görmək məcburiyyətində qalırlar”.