AMİP-30
AMİP sədri Arzuxan Əlizadə

“Təyyarənin texniki nasazlığı ilə bağlı məsələ araşdırılmalıdır” – Deputat

“Türkiyənin hərbi təyyarəsinin qəzaya uğraması təbii ki, hər birimizi dərindən sarsıtdı”.

Bunu Demokrat.az-a millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, qəzaya səbəb kimi ilk ağıla gələn kənar müdaxilənin olması versiyası idi:

“Amma ilkin nəticələr onu deməyə əsas verir ki, kənar müdaxilə olmayıb. Təyyarə 1968-cu il istehsalı olan təyyarədir. Məlumata görə, oktyabr ayında Türkiyə Silahlı Qüvvələrinə yeni kargo təyyarələrinin alınması ilə bu köhnə təyyarələr yenilənir. Araşdırma aparılır, qara qutu tapılandan sonra hansı ehtimalın daha yüksək olduğunu demək mümkün olacaq. İstintaq orqanlarının gələcəyi nəticəni gözləmək doğru olar. 

İlk növbətə təyyarənin texniki nasazlığı ilə bağlı məsələ araşdırılmalıdır. Hadisənin ilkin görüntüləri onu deməyə əsas verir ki, kənar müdaxilə olmayıb. İstənilən halda bu versiya da öz qüvvəsində qalır”.