AMİP-30
arzuxan

“Rusiya Azərbaycana dost münasibəti göstərmir” – Deputat

“AZAL-ın təyyarəsinin vurulmasından artıq bir il keçir. Əslində gözləntilər var idi, amma təəssüflər olsun ki, Rusiya tərəfi hələ də konkret addımlar atmayıb”.

Bunu Ajans.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. O bildirib ki, bu gözləntilər daha çox Düşənbə görüşündən sonra yaranmışdı:

“Vladimir Putin Azərbaycan Prezidenti qarşısında faktiki olaraq üzrxahlıq etdi və günahkarların cəzalandırılacağını, təzminat ödəniləcəyini bildirdi. Üstündən müəyyən vaxt keçib, lakin Rusiyanın adekvat addımlar atmasına şahidlik etmirik. Bu, dövlətlərarası münasibətlərə heç cür uyğun hal deyil. Xüsusən Azərbaycan və Rusiya arasında mövcud olan strateji tərəfdaşlıq haqqında müqavilənin ruhuna uyğun deyil.

Rusiya qonşu ölkədir, amma təəssüf ki, Azərbaycana dost münasibəti sərgiləmir. Bunu təyyarənin vurulması faktında da görmüş olduq. Hələ də gözləntilər var, amma Rusiyadan heç bir addım yoxdur, nə vaxt olacağı da məlum deyil. Əgər belə münasibət sərgilənəcəksə, Azərbaycanın da adekvat münasibəti olacaq”.