AMİP-30
a

May 2025

Azərbaycan 44 günlük Vətən Müharibəsində rəşadətli ordusunun qələbəsi ilə öz gücünü bütün dünyada sübut etdi. 30 ilə yaxın bir müddətdə işğalda olan Azərbaycan torpaqları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz əzəli və əbədi sahiblərinə qayıtdı. Vaxtilə azərbaycanlılara qarşı hərbi cinayətlər törətmiş şəxslər də bu gün ədalət qarşısında cavab verməkdədir. Beləliklə, ədalət bərpa olunur. İşğal dövründə ərazilərin ermənilər tərəfindən minalanması həm orada həyata keçirilən bərpa və yenidənqurma işlərini, həm də əhalinin qayıdışını müəyyən qədər ləngidir. Amma buna baxmayaraq, iğaldan azad olunuş Azərbaycan torpaqlarına keçmiş

İsrail Baş naziri Benyamin Netanyahu 2023-cü il oktyabrın 7-də Qəzza zolağında HƏMAS-la müharibə başlayandan bəri ilk dəfə olaraq bir müsəlman ölkəsinə (Azərbaycan) rəsmi səfər edəcək. Səfər mayın 7-də başlayacaq, ayın 11-dək davam edəcək. Müharibə başlayandan bəri Netanyahu yalnız ABŞ və Macarıstanda olub. İsrailli analitiklərin fikrincə, müharibə dövründə bir liderin ölkədən kənara çıxması yalnız vacib hallarda baş verir, bu baxımdan Azərbaycanın ziyarəti zəruri hesab olunur.  “The Times of Israel”in məlumatına görə, Baş nazirin Bakıya səfəri zamanı iki əsas məsələ diqqət mərkəzində olacaq. Önəmli məqamlardan biri Azərbaycanın

Xəbər verdiyimiz kimi Nazirlər Kabinetinin qərarıyla Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi və strukturu təsdiq edilib. Mərkəzin nizamnamə fondu 2.000.000 (iki milyon) manat təşkil edir və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında olan əsas vəsaitlər hesabına formalaşır. Bəs yeni mərkəzin yaradılması sahibsiz heyvanlarla bağlı problemə son qoyacaq? Mövzu ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Arzuxan Əlizadə bildirib ki, sahibsiz

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin növbəti birgə səfəri bu dəfə 29 aprel tarixində Laçın şəhərinə təşkil olunub. SİA mövzu ilə bağlı səfərdə iştitak edən nümayəndələrin fikirlərini öyrənib. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə: “Azərbaycan Respublikası Prezidentinin Siyasi partiyalar və qanunverici orqanlarla əlaqələr şöbəsinin müdiri, hörmətli Ədalət müəllimin və rəhbərlik etdiyi şöbənin əməkdaşlarının bilavasitə təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərimizə növbəti səfər baş tutdu. Bu dəfəki

“Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətni razılaşdırılıb və imzalanmağa hazırdır”. Bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə İrəvanda birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi Azərbaycanla hərtərəfli sülh quracağına ümid edir: “Ermənistan Gürcüstanın Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, eləcə də Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləmək səylərini yüksək qiymətləndirir”. Ermənistan prezidenti deyir ki, iki ölkə arasında sülh sazişin mətni razılaşdırılıb və imzalanmağa hazırdır. Necə bunu hazır hesab etmək olar ki, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı