Tramp qərarını VERDİ – İrana daha güclü zərbələr ENDİRİLƏ BİLƏR
12 gün davam edən qarşıdurmanın səngiməsinə baxmayaraq İran nüvə məsələsində hələ də öz mövqeyindən geri çəkilmir. Belə ki, İran rəsmiləri nüvə proqramından əl çəkməyəcəklərini elan ediblər. İranın xarici işlər naziri Abbas Əraqçi “Al-Araby al-Jadeed"ə müsahibəsində deyib ki, ölkəsi İsraillə müharibədən sonra belə, nüvə proqramından əl çəkməyəcək. Onun sözlərinə görə, İsraillə 12 günlük müharibədən sonra Tehran daha qətiyyətli olub: "Biz bu texnologiyalara həddən artıq sərmayə qoymuşuq. Alimlər öldü, xalq sanksiyalara məruz qaldı, bizə qarşı müharibə başladıldı. İranda heç kim bu proqramdan əl çəkməyəcək. O, həmişə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA)
AMİP-in konfransları davam edir – FOTLAR
Azərbaycan Milli İstiqlal Partiyasının növbəti Qurultayının çağırılması ilə əlaqədar olaraq Rayon (Şəhər) təşkilatlarında hesabat-seçki konfransları davam edir.Növbəti konfranslar 29-30 iyun tarixlərində Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında keçirilib. AMİP Nizamnaməsinə müvafiq olaraq rayon təşkilatlarının İdarə Heyətləri formalaşıb, Qurultaya nümayəndələr seçilib.Konfranslarda AMİP Sədri Millət vəkili Arzuxan Əlizadə, AMİP Siyasi Şura üzvü Təbriz Musayev, AMİP Sədrinin Seçki məsələləri üzrə müavini Yahya Həsənov, AMİP Sədrinin Beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev iştirak ediblər. AMİP- in növbəti XIII Qurultayının cari ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulmuşdur.
Bir çox qurumlar öz vəzifələrini vicdanla yerinə yetirmirlər – Deputat TƏNQİD ETDİ
“Bakıda yolun çökməsi nəticəsində bir gəncin ölməsi cəmiyyətin diqqət mərkəzindədir. Olduqca faciəvi bir hadisədir, eyni zamanda əlaqədar qurumların bu cür ölüm hadisəsinə səbəb ola biləcək səhlənkarlığı insanlarda haqlı olaraq riqqət doğurur”. Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, bu hadisə əlaqədar qurumların cinayətkarcasına səhlənkarlığı nəticəsində baş verib: “Ortada ölüm faktı var, təbii ki, cinayət işi açılmalıdır, bildiyim qədərilə, artıq açılıb. İlkin araşdırma deməyə əsas verir ki, həmin kanalı istismar edən idarə Bakı Sukanal İdarəsidir. Cinayət işi çərçivəsində kimin bu məsələdə günahkar olduğu üzə
“Əgər Putin onları cəzalandırmasa, biz bunun qarşılığını verməyi bilirik” – Partiya sədrindən SƏRT açıqlama
"Rusiya Təhlükəsizlik Xidmətinin Yekaterinburqda yaşayan azərbaycanlılara qarşı keçirdiyi işgəncələrlə, qeyri-insani rəftarla və hüquqa zidd münasibətlə sərgilənən, azərbaycanlıların qətli ilə nəticələnən əməliyyat heç bir halda istintaq tədbirləri kimi təqdim edilə, qiymətləndirilə bilməz. Bu, birmənalı olaraq sifariş əsasında azərbaycanlıların qətlə yetirilməsi və digər azərbaycanlıların, eləcə də Rusiyada yaşayan digər xalqların nümayəndələrinin qorxudulması prosesidir". Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. O bildirib ki, Yekaterinburqda baş verənlər rus şovinizminin növbəti təzahürüdür: "Rusiya uzun müddətdir ki, özünün şovinist siyasətini gizlətmir, açıq şəkildə təqdim edir. Zamanında qeyri-dövlət orqanları tərəfindən
Deputat: Bu, FTX-nin əməliyyatı sifariş əsasında həyata keçirdiyini göstərir
"Rusiyanın Yekaterinburq şəhərində yaşayan azərbaycanlılara qarşı zorakılıq edənlər dərhal məsuliyyətə cəlb edilməli və ən sərt şəkildə cəzalandırılmalıdırlar". Bu fikirləri Teleqraf-a açıqlamasında Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməliyyatı istintaq hərəkətləri kimi qəbul edilə bilməz: "Bu, işgəncə ilə müşayiət olunan zorakılıq aktıdır. Həmin hərəkətlər qanunazidd pozuntularla həyata keçirilib. Qarşı tərəf iddia edir ki, əməliyyat guya 21 il əvvəl baş vermiş qətlin motivləri əsasında aparılıb. İsgəncəyə məruz qalan, öldürülən şəxslər Rusiya vətəndaşları idilər, onlar istintaqa çağırılsaydılar, həmvətənlilərimiz sivil qaydada
Həmvətənlərimizə qarşı zorakılıq edənlər dərhal məsuliyyətə cəlb edilməlidir
"İyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və ağır bədən xəsarətləri nəticəsində yaralanması, saxlanılanlara xüsusi amansızlıqla işgəncələr verilməsi bizi dərindən narahat edir". Demokrat.az xəbər verir ki, bu sözləri açıqlamasında deputat Arzuxan Əlizadə deyib. "Rusiya hüquq mühafizə orqanlarının bu şəkildə hüquqazidd davranışı və amansız rəftarı əməliyyatın sifariş əsasında həyata keçirildiyini göstərir. Azərbaycan Milli İstiqlal Partiyası Rusiya FTX-nın bu şəkildə qəddar fəaliyyətini qətiyyətlə pisləyərək həlak olan həmvətənlərimizin yaxınlarına başsağlığı verir və baş vermiş hadisə ilə bağlı təxirəsalınmaz araşdırılma
Həmvətənlərimizə qarşı zorakılıq edənlər dərhal məsuliyyətə cəlb edilməlidir
İyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və ağır bədən xəsarətləri nəticəsində yaralanması, saxlanılanlara xüsusi amansızlıqla işgəncələr verilməsi bizi dərindən narahat edir.Rusiya hüquq mühafizə orqanlarının bu şəkildə hüquqazidd davranışı və amansız rəftarı əməliyyatın sifariş əsasında həyata keçirildiyini göstərir. Azərbaycan Milli İstiqlal Partiyası Rusiya FTX-nın bu şəkildə qəddar fəaliyyətini qətiyyətlə pisləyərək həlak olan həmvətənlərimizin yaxınlarına başsağlığı verir və baş vermiş hadisə ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin dərhal məsuliyyətə cəlb
Etibar Məmmədovdan Ayaz Rüstəmova Başsağlığı
Etibar Məmmədov AMİP-in sabiq sədri Ayaz Rüstəmova anası Maral xanımın vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Azərbaycan ordusunun qüdrəti bu gün regionda reallıqları dəyişib – RƏY
“Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 26 iyun 1918-ci il tarixli qərarı ilə, əlahiddə korpus yaradıldı və bu, Azərbaycan ordusunun yaradılması istiqamətində atılmış ilk addım kimi dəyərləndirilir. Sonradan 1920-ci ildə bolşevik Rusiyası tərəfindən Azərbaycanın işğalı bu prosesi dayandırdı. 1993-cü ildən etibarən Azərbaycanda nizami ordu yenidən formalaşmağa başladı. Əslində, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra proses başlanılmışdı, amma o zaman nizami ordu quruculuğuna nail olmaq mümkün olmadı, çünki Azərbaycan müharibə şəraitində idi, könüllü batalyonlar formalaşmışdı. Nizami ordu quruculuğu 1993-cü ilin