AMİP-30
a

İyun 2025

“Nikol Paşinyan fərqindədir ki, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması Ermənistan iqtisadiyyatına müsbət dividentlər gətirmə imkanı yaradacaq". Bunu Demokrat.az-a açıqlamasında AMİP sədri, millət vəkili Arzuxan Əlizadə deyib.  O bildirib ki, son günlər İran–İsrail müharibəsi regionda elə ciddi vəziyyət yaradıb ki, ermənilər üçün olduqca çətin nəticələrə səbəb olacaq situasiya formalaşıb: “Çünki Ermənistanın faktiki olaraq dünyaya çıxış imkanları, kommunikasiya xətləri yox səviyyəsindədir. Yalnız Lars keçid məntəqəsi var, o da davamlı olmur. İran üzərindən çıxış imkanları var idi, orada da baş verən hadisələr Ermənistanı çıxılmaz vəziyyətdə qoyur, onsuz da çökmüş iqtisadiyyatını da

Məlum olduğu kimi, İran və İsrail arasında baş qaldıran silahlı qarşıdurma artıq regionu sarsıdan təhlükəli mərhələyə keçib. Raket hücumları, hava zərbələri və diplomatik ritorika hər iki tərəfin geri çəkilməyə hazır olmadığını göstərir. Beynəlxalq ekspertlər bu qarşıdurmanın qısa deyil, həftələrlə, hətta aylarla çəkə biləcəyini bildirir. İsrailin əsas məqsədi İranın nüvə və raket imkanlarını sıradan çıxarmaqdır. Bu isə bir neçə gündə həyata keçirilə biləcək əməliyyat deyil. İsrail Baş naziri Benyamin Netanyahu “nə qədər lazımdırsa, o qədər davam edəcək” deməklə, hərbi əməliyyatların konkret zamanla məhdudlaşmadığını açıq şəkildə bəyan edib.

Azərbaycan-İran münasibətləri növbəti dəfə bəzi dairələrin məqsədli təxribatlarının hədəfinə çevrilib. Bir sıra media qurumları və ona yaxın mənbələr son günlərdə ölkəmizlə bağlı reallığı əks etdirməyən iddialar tirajlamaqdadır. Bu iddialarda Azərbaycan İsrailin İrana qarşı hərbi planlarında vasitə kimi təqdim olunur, bəzi hallarda isə dron və raketlərin Azərbaycan ərazisindən qalxaraq İrana tuşlandığı iddia edilir. Deputat Arzuxan Əlizadə məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında yayılan məlumatları qətiyyətlə təkzib edib və bildirib ki, bu kimi əsassız iddialar  uzun illərdir davam edir: “Cənub qonşumuz olan İranda müəyyən dairələr Azərbaycan-İsrail münasibətlərini özləri üçün

“Soydaşlarımızın əksər hissəsi Təbrizdə və Cənubi Azərbaycanın digər ərazilərində yaşayırlar. Dinc insanlar arasında itkilər olsa da, həmin ərazilər çox ciddi raket atəşinə məruz qalmır. Daha çox Tehran hədəf alınıb. Təbii ki, Tehranda da kifayət qədər soydaşlarımız yaşayır. Bizdə olan məlumata görə, onların böyük əksəriyyəti Təbrizə və Cənubi Azərbaycanın digər bölgələrinə, öz qohumlarının evlərinə gedir, sığınacaq tapırlar. Quru sərhədlər açılsa, təkcə soydaşlarımız deyil, İranın digər vətəndaşlarının da xaotik şəkildə ölkəmizə keçməsi baş verə bilər. Bu da indiki zamanda olduqca böyük təhlükələr yaradacaq, çünki kimlərin hansı

AMİP-in növbəti qurultayının çağırılması ilə əlaqədar olaraq Rayon (Şəhər) təşkilatlarında hesabat-seçki konfransları keçirilir.İlkin olaraq konfranslar AMİP Sədri, millət vəkili Arzuxan Əlizadə,Ali Məclisin Sədri Rəşad Bayramov, AMİP Sədrinin müavini Yəhya Həsənov, Siyasi Şura üzvü Məmməd Qələndərin iştirakı ilə, iyun ayının 15 -də Xaçmaz, Xudat, Qusar təşkilatlarında, iyunun 16 – da isə Quba rayonunda baş tutub.Yeni Nizamnaməyə uyğun olaraq konfransda İdarə Heyətinə yeni üzvlər, qurultaya nümayəndələr seçilib. Qeyd edək ki, AMİP- in növbəti XIII Qurultayı bu ilin, sentyabr ayında keçirilməsi nəzərdə tutulur.

“Paytaxtın köçürülməsi məsələsi bir neçə il əvvəl də gündəmdə idi, zaman-zaman gündəmə gəlir. Bu da onunla əlaqədardır ki, Bakı həddən artıq yüklənib. Urbanizasiya əslində bütün dünyada gedən prosesdir, amma təəssüflər olsun ki, bizdə bu proses bir qədər sürətlə gedib. Bunun da obyektiv və subyektiv səbəbləri var. Regiondan bir çox insanlar Bakıya axın edib, Bakının özündə çox sayda binalar tikilib, Bakıətrafı kəndlər də genişlənib və birləşib bir-birinə. Bu da bir sıra problemlərə səbəb olur: tıxac yaranır, kommunal xidmətlərlə bağlı çətinliklər meydana çıxır”. Bunu Demokrat.az-a açıqlamasında millət vəkili

İsrail Dövləti tərəfindən İran İslam Respublikasının ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlar ciddi şəkildə narahatlıq doğurur. İsrilin Azərbaycanla tərəfdaş İranın isə qonşu dövlət olması və ən əsası da İranda 40 milyona yaxın soydaşımızın yaşaması bu narahatlılığı daha da artırır.Azərbaycan Milli İstiqlal Partiyası olaraq vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsinin əhəmiyyətli olduğunu vurğulamaqla yanaşı hərbi əməliyyatlar zamanı mülki əhalinin və obyektlərin hədəfə alınmasının da yolverilməz olduğunu bəyan edirik.Azərbaycan Milli İstiqlal Partiyası İsrail tərəfindən

Qərbi azərbaycanlıların qayıdışına beynəlxalq aləmin ardıcıl və prinsipial dəstəyi davam edir. TÜRKPA-nın 2025-ci il iyunun 12-də Astana şəhərində keçirilmiş sessiyasında Assambleya bir daha Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların taleyindən dərin narahatlığını ifadə etdi və onların dinc, təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıtmaq hüququnu dəstəklədi. Bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib. Qeyd olunub ki, bu qərar insan hüquqlarına, ədalətə və sülhə xidmət edir: “Qərbi Azərbaycan İcması prinsipial, ardıcıl və ədalətli mövqeyinə görə TÜRKPA-ya və onun üzvü olan parlamentlərə təşəkkürünü bildirir”. Ümumiyyətlə, Azərbaycan təmsil olunduğu İslam