Partiyalardan bayram sorğusu: Kim harada qurban kəsəcək? – SORĞU
Hazırda Azərbaycanda Qurban bayramı qeyd olunur. Bayramla əlaqədar hər kəs öz vəzifəsini icra etməyə, yəni qurban kəsib paylamağa çalışır.
Siyasi partiyaların Qurban bayramında hansı tədbirləri keçirəcəyi maraq doğurur.
Modern.az müxtəlif partiya sədrləri və siyasətçilər arasında sorğu keçirərək onların Qurban bayramı ilə bağlı planlarını öyrənib.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, əvvəlki illərdə olduğu kimi bu il də müəyyən sosial qruplara dəstək göstərməyə çalışacaqlar:
“Əvvəlki dönəmlərdə Qurban bayramlarında və digər əlamətdar günlərdə imkanlarımız daxilində müəyyən sosial qruplara dəstək olmuşuq. Bu bayram günlərində də müəyyən ailələrlə təmasda olub onlara dəstəyimizi nümayiş etdirəcəyik”.