Köçəryan və Sərkisyan Bakıya təhvil verilir? – Deputat açıqladı
Ermənistanda sabiq prezident Robert Köçəryan və böyük oğlu barəsində cinayət işi açılıb, onlar saxlanılıblar. Keçmiş dövlət başçısının deputat oğlu Levon Köçəryanın evində və sahib olduğu müəssisələrdə axtarışlar aparılıb. Bunlarla yanaşı, sabiq prezident və Baş nazir Serj Sərkisyanın da yenidən məsuliyyətə cəlb olunub. Adı çəkilən şəxslər eyni zamanda Azərbaycanda hərbi cinayətlər törədib və soyqırım siyasəti həyata keçiriblər. Azərbaycanın digər cinayətkar separatçılar kimi R.Köçəryan və S.Sərkisyanı da ədalət mühakiməsinə cəlb edərək layiqli cəzasını verməsi hər zaman gündəmdə olub.
Məsələ ilə bağlı Ölkə.az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib ki, Robert Köçəryan, Serj Sərkisyan və digərləri mütləq şəkildə Bakıda mühakimə olunmalıdır.
“Onlar Azərbaycanaın ədalət məhkəməsi qarşısında törətdiyi cinayətlərə, soyqırım siyasətinə görə cəzalarını almalıdır. Bunun üçün kifayət qədər ciddi faktlar var”, – siyasətçi söyləyib.
O bildirib ki, Köçəryan və Sərkisyan hələ Ermənistanda hakimiyyətə gəlməmişdən əvvəl Qarabağda cinayətlərlər törədiblər:
“Xocalı soyqırımınds təkcə Köçəryan deyil, Sarkisyan da iştirak edib və özünün etirafları var. O müsahibəsində deyib ki, Xocalıdan sonra azərbaycanlılar başa düşdülər ki, biz onlarla zarafat etmirik. Və bütün bu faktlar onu deməyə əsas verir ki, bunların hər ikisi barəsində Azərbaycan hüquq-mühafizə orqanları materialları toplamalı, hansı statusda olmalarından asılı olmayaraq ədalət mühakiməsinə cəlb edilməlidirlər. İndi görürsüz Ermənistanda bu adamlar, əslində onlara adam da demək adamın dili gəlmir. Bu cinayətkarlar, canilər zamanında prezident statusunda olublar. Ölkəni idarə ediblər, amma bu günləri Ermənistanın özündə onları korrupsiyada və digər qeyri-qanuni əməllərdə ittiham olunurlar”.
A.Əlizadə hesab edir ki, Baş nazir Nikol Paşinyan faktiki olaraq bunları sıradan çıxarmaqla Rusiyanın Ermənistana təzyiqinin qarşısını almaq planlaşdırır. “Köçəryanı, Sərkisyanı bir arada həbs etmişdi. Köçəryanın Putinlə şəxsi münasibətləri və ona konkret dəstəyi nəticəsində həbsdən azad olundu”, – o vurğulayıb.
Bununla belə deputat qeyd edib ki, amma bu dəfə Paşinyan konkret, radikal addımlar atmaq fikrindədir. “Hər halda görünən bundan ibarətdir. Əllərində kifayət qədər də materiallar var və cinayət işi açılıbdır.
İndi Sarkisyan siçan kimi deşikdə gizlənib, səsini çıxartmır, amma ona da gəlib çatacaq. Düşünürəm ki, o da hesab verməli olacaq. Paralel olaraq Azərbaycan bu cinayətkarlarla bağlı, Ermənistanda onlarla bağlı hansı qərar verilməsindən asılı olmayaraq Azərbaycanda cinayət açmalıdır. Cinayət əməlləri Azərbaycan ərazisində törədilibdir. Bununla əlaqədar olaraq Azərbaycan hüquq-mühafizə orqanları qanunvericiliyə müvafiq olaraq cinayət işi açmaq və onları Ermənistandan tələb etmək haqqı var. İndi Ermənistan verəcək, verməyəcək, bu bir başqa məsələdir”.
Deputat təklif edib ki, bu cinayətkarlar İnterpol xətti ilə saxlanılaraq Azərbaycan təhvil verilməsinə nail olmaq lazımdır. “Bu məsələ yenidən ictimailəşdirilməli və beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırılmalıdır. Konkret olaraq necə ki, Azərbaycandakı erməni separatçı cinayətkarlar ədalət mühakiməsinə cəlb olunaraq həbs olunubdular, eləcə də Köçəryan, Sarkisyan, Ohanyan və digərləri barəsində də cinayət işi açılaraq qiyabi də olsa həbs qəti-imkan tədbiri seçilməlidir. Beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmaqla İnterpola beynəlxalq axtarışa verilməlidirlər. Yəni bu törətdikləri cinayətlərə görə heç kəs cəzasız qalmamalıdır. Hansı statusda olmağından asılı olmayaraq. Hər kəsə törətdiyi əmələ görə konkret münasibət bildirilməlidir. Azərbaycan hüquq-mühafizə orqanları bu şəxslər barəsində açılan cinayət işini sonlandırmalıdırlar”, – o vurğulayıb.