AMİP-30
a

İyul 2026

Ukrayna Prezidenti Vladimir Zelenski təhlükəsizlik sektorundakı dəstəyinə və əməkdaşlığına görə Azərbaycana təşəkkür edib. Zelenski bu barədə Ankarada keçirilən Müdafiə Sənayesi Forumunda çıxışı zamanı danışıb. Onun sözlərinə görə, Azərbaycan, Türkiyə, NATO ölkələri, Avropa İttifaqı və Fars körfəzi ölkələri müdafiə sektorunda Ukrayna üçün güclü tərəfdaşlardır. Çox maraqlıdır, adətən Azərbaycan Ukraynaya müharibə başlayandan bir neçə dəfə humanitar yardım edib. Rusiya Ukraynanın elektrik stansiyalarını vurduğu üçün xüsusən bu ölkəyə çoxsaylı generatorlar göndərilib. İndiyə qədər Azərbaycan 50 milyon dollardan çox yardım edib. Maraqlıdır, bəs o zaman Zelenski “təhlükəsizlik sektorundakı dəstək”

Milli Məclisin üzvü Arzuxan Əlizadə məmurların, deputatların Azərbaycanda yığılan avtomobillərdən istifadə etməmələrinin, xarici istehsala üstünlük vermələrinin tənqid edilməsinə münasibət bildirib. Bu barədə Pravda.az-ın suallarını cavablandıran deputat deyib ki, yerli avtomobil istehsalının inkişafı vacibdir. O qeyd edib ki, avtomobil istehsalında Azərbaycan brendinin olması arzuolunandır: “Təəssüf ki, bu, yoxdur. Bildiyim qədəri ilə, Naxçıvanda “NAZ-Lifan” və Neftçalada “Xəzər” avtomobilləri yığılırdı. Bunlar əslində İran və digər ölkələrdən gətirilən konstruksiyaların yığılması ilə ərsəyə gələn maşınlar idi. İndi isə istehsal nə dərəcədə qalıb, yaxud dayanıb, bilmirəm. İstənilən halda görünən budur ki, bu avtomobillər

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovu XİN-ə çağıraraq, Ukraynada SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilən hücumla bağlı etiraz notası təqdim edib. Rəsmi Bakı bəyan edib ki, SOCAR-ın Ukraynadakı obyektlərinə, eləcə də Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumların təkrarlanması onların məqsədyönlü xarakter daşıdığı təəssüratını yaradır və bu hallar beynəlxalq hüquq baxımından ciddi narahatlıq doğurur. Azərbaycan tərəfi Rusiyanı hadisələri hərtərəfli araşdırmağa, baş verənlərlə bağlı rəsmi izahat verməyə və mülki obyektlərin, eləcə də diplomatik nümayəndəliklərin toxunulmazlığı ilə bağlı beynəlxalq öhdəliklərə əməl

Türkiyənin paytaxtı Ankarada NATO-nun dövlət və hökumət başçılarının 36-cı Liderlər Sammitinə hazırlıq işləri başa çatıb. İyulun 7-8-də keçiriləcək sammit ərəfəsində, iyulun 6-da NATO-nun Baş katibi Mark Ruttenin mətbuat konfransının baş tutacağı gözlənilir. NATO rəsmilərinin qiymətləndirməsinə görə, mürəkkəb beynəlxalq təhlükəsizlik şəraitində keçirilən sammit Alyansın gələcək strateji kursunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müdafiə xərclərinin artırılması və üzv ölkələr arasında yükün daha ədalətli bölüşdürülməsi əsas müzakirə mövzularından biri olacaq. Bununla yanaşı, Ukraynadakı müharibə, Yaxın Şərqdə davam edən gərginlik, kibertəhlükəsizlik, texnoloji rəqabət və qlobal təchizat zəncirində yaranan problemlər

Uşaqlar bizim gələcəyimizdir. Buna görə də onların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə alkoqol və tütün məmulatlarından istifadəyə məhdudiyyətlər qoyulur, həmçinin müəyyən yaşa qədər uşaqların pornoqrafik məzmunlara çıxışı qadağan edilir. Biz hesab edirik ki, uşaqlar bütün diqqətlərini təhsil və fiziki sağlamlıqlarının inkişafına yönəltməlidirlər. Eyni zamanda nəzərə almaq lazımdır ki, virtual məkan artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu səbəbdən, real həyatda uşaqlara tətbiq olunan qadağa və məhdudiyyətlər kimi, onların virtual mühitdə də qorunması vacibdir. Çünki uşaqlar asanlıqla təsir altına düşə bilir və bu təsirlər onları təkcə normal həyat

4 iyul 2026-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Gənclər Təşkilatının təşkilatçılığı ilə partiyanın yaranmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə partiyanın qurucuları, rəhbər orqanlarının üzvləri, rayon təşkilatlarının sədrləri, partiya fəalları və gənclər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin giriş nitqini AMİP-in gənc fəalı Seyranə Quliyeva söylədi. O, Azərbaycan Milli İstiqlal Partiyasının yaranma tarixindən, müstəqillik uğrunda apardığı siyasi mübarizədən və

Avropa İttifaqı Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracaq. Bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib. “Bizim “Qlobal Şəbəkə” İnvestisiya Proqramımız var və bu proqram çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracağıq. Bu, dövlət və özəl sektordan, ümumilikdə, 2 milyard avroyadək investisiyanın cəlb edilməsinə imkan yarada bilər. Layihələrə, məsələn, Naxçıvan üzərindən dəmir yolu bağlantısının yaradılması və Bakı limanının inkişaf etdirilməsi daxil