AMİP-30

Fransanın bu regionda yeri olmayacaq

“Paris əsəbi halda yeni Yeni Kaledoniya üçün yer axtarır, Gürcüstan və Ermənistan arasında seçim edir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında yazıb.

Diplomat Gürcüstan Prezidenti Salome Zurabişvilinin Fransa Prezidenti Emmanuel Makronu Qafqazı nəhayət ki, sovet boyunduruğundan və Rusiyanın təsirindən azad etmək məqsədi ilə mayın 26-da Gürcüstanın Müstəqillik Gününə dəvət etməsinə diqqət çəkib.

“Əgər Paris kimlərisə azad edə bilərsə, bu, Fransa boyunduruğundan qurtulan kanaklar olacaq”, – deyə Zaxarova qeyd edib.

Qeyd edək ki, Qərbi və MərkəziAfrikada, eləcə də Cənubi Sakit Okean hövzəsində mövqelərini itirən Fransa Cənubi Qafqazda möhkəmlənməyə çalışır. Rəsmi Paris müxtəlif vasitələrdən istifadə etməklə Ermənistanı fərqli formada öz koloniyasına çevirməyə çalışır.

Məsələ ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Fransanın Cənubi Qafqazda möhkəmlənməsi qeyri-mümkündür:

“Makronun apardığı yalnış siyasət səbəbindən vaxtilə öz müstəmləkəsi və uzun müddət nüfuz dairəsində olan Şimali Afrika, Qərbi və Mərkəzi Afrika, eləcə də Cənub Sakit Okean hövzəsindən sıxışdırılıb çıxarılmaqdadır. Artıq bu tendesiya davamlı xarakter alıb.

Son 30 ildə Fransanın Cənubi Qafqaz siyasəti də yalnış olub. Biz buna işğal dövründə şahidi olmuşuq. ATƏT-nin Minsk qrupunun həmsədrlərdən biri olan Fransa Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, regionda sülh və sabitliyi təmin etmək missiyasını öz üzərinə götürən Fransa tərəfli mövqe tutub, işğalçıya dəstək verib.

Fransa işğal altında olan ərazilərin Ermənistanın xeyrinə həll olunmasına çalışıb. Hazırda Fransa həmin siyasəti davam etdirir, Ermənistanı dəstəkləyir və Azərbaycana düşmən mövqe sərgiləyir. Makron bu cür siyasətlə heç bir halda Cənubi Qafqazda geosiyasi nüfuzunu təmin edə bilməyəcək”.

Politoloqun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda söz sahibi və güc mərkəzinə çevrilib:

“Azərbaycan regionda diplomatik-siyasi, hərbi-strateji və iqtisadi cəhətdən güc mərkəzidir. Ermənistan adlı qondarma dövlət yarandığı gündən etibarən bu ölkə hər zaman kiminsə boyundurağı altında olmağı öyrəşib.

Bu günə qədər Ermənistan Rusiyanın təsir dairəsində olub. Amma 2018-ci ildə Qərb güc mərkəzləri tərəfindən hakimiyyətə gətirilən Nikol Paşinyan fərqli xarici siyasət yürüdür. Paşinyan hakimiyyəti Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq, əvəzində Qərb güc mərkəzlərinin, xüsusilə Fransanın ölkədə güclənməsinə çalışır.

Təbii ki, Fransa da Ermənistan üzərindən Cənubi Qafqazda söz sahibi olmaq istəyir. Bu isə heç bir halda mümkün deyil. Yalnız Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması halında Fransa regionda öz nüfuz dairini müəyyənləşdirə bilər. Əks halda Fransanın bu regionda yeri olmayacaq”.