AMİP-30

Arzuxan Əlizadənin seçicilərlə 5-ci görüşü – FOTOLAR

Azərbaycan Milli İstiqlal Partiyası nın Sədri 27 Saylı Sabunçu ikinci Seçki Dairəsidən deputatlığa namizəd Arzuxan Alizade nin Balaxanı seçiciləri sayca 5-ci görüşü 18 avqustda baş tutub.

27 Saylı Sabunçu ikinci Seçki Dairəsidən deputatlığa namizəd Arzuxan Əlizadənin seçicilərlə növbəti görüşü Balaxanı qəsəbəsində yerləşən “KƏNAN” şadlıq evində keçirilib.İki saatdan çox davam edən görüşdə deputatlığa namizədin gələcək fəaliyyətindən geniş şəkildə bəhs olunub.Vəjillər Kərim müəllim, Sadiq həkim çıxış edərək seçiciləri yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirməyə, 1 sentyabr seçkilərində fəal iştirak etməyə və Arzuxan Əlizadənin namizədliyini dəstəkləməyə çağırıblar. Balaxanı sakinləri qarşısında çıxış edən AMİP Sədri Arzuxan Əlizadə torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan dövlətinin apardığı siyasətin uğurundan, qalib Azərbaycan ordusunun şücaətindən danışaraq ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Yeni dövrə qədəm qoyulduğunu xüsusilə vurğulamaqla proseslərin bu mərhələdə də Azərbaycanın xeyrinə həll olunacağına tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Daha sonra görüş tədbir iştirakçılarının suaalları və deputatın cavabları ilə davam edib. Balaxanı sakinləri qarşıdan gələn seçkilərdə AMİP Sədri Arzuxan Əlizadənin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.