AMİP-30

Arzuxan Əlizadənin seçki kampaniyası UĞURLA davam edir: “Qələbəyə inanırıq”

27 saylı Sabunçu ikinci seçki dairəsindən deputatlığa namizəd, AMİP sədri Arzuxan Əlizadə parlament seçkilərinə gerisayım başladığı bu günlərdə apardığı seçki kampaniyası ilə bağlı Sitat.info-ya danışıb. 

Namizəd bildirib ki, kampaniya uğurla həyata keçirilir və dairədə yüksək maraqla qarşılanır: “Bu gün artıq 8-ci görüşümüzdür. Günaşırı seçicilərimizlə görüşürük. Sonuncu görüşümüz də ayın 30-da baş tutacaq. Digər günlərdə isə məhəlləarası görüşlərimiz olur, sakinlərlə həmsöhbət oluruq. Heç bir problem yaşamamışıq. Qələbəmizə inanırıq, ona görə də ürəklə bu dairədən namizədliyimi vermişəm”.

A.Əlizadə bildirib ki, Sabunçu rayonu onun üçün təsadüfi seçilmiş bir ərazi deyil: “Mən bu ərazidə böyümüşəm, burada işləmişəm. Burada 15 il bələdiyyə üzvü olmuşam, bələdiyyədə Komitə sədri olmuşam. Kifayət qədər fəaliyyətim olub və ailə üzvlərimdən də bu ərazidə işləyənlər var. Çevrəmiz kifayət qədər genişdir, qələbəyə də inanırıq. Hər birimiz üçün xeyirlisi olsun”.