AMİP-30

Arzuxan Əlizadə: “Görünür, Azərbaycanın güclənməsi və regionda söz sahibinə çevrilməsi Avroparlamenti idarə edən gücləri narahat edir”

Bu günlərdə Avroparlment Azərbaycana qarşı insan haqlarının  pozulması ilə əlaqədər sanksiya tətbiq etməklə bağlı qərar qəbul elədi. Qərara 400 deputat səs verdi. Avroparlament belə humanist qurumdursa, Fransanın Mayottedə törətdiyi genosidi, indiyə qədər o adaları müstəmləkə altında saxlamasını nə əcəb müzakirəyə çıxarmır? 

Bu onun göstəricisi deyilmi ki, Avroparlamentin asılı olduğu qüvvələrdən biri də Fransadır? Fransa və Almaniya Avroparlamentdə ən çox deputatı olan ölkələrdir. Bu ölkələrlə bağlı hələ heç bir neqativ hal Avroparlmentdə müzakirəyə çıxarılmayıb. Nə əcəb, bunlar “süddən çixmış ağ qaşıq”dır yoxsa?

Məsələn, dekabrın 20-si axşam Almaniyanın Maqdeburq şəhərində bir ərəb idarə etdiyi BMW-ni Milad yarmarkasındakı izdihamın üzərinə sürüb. Nəticədə iki nəfərin öldüyü və 68 nəfərin xəsarət aldığı bildirilirdi. Hadisəni törədən ərəb istintaqa bildirib ki, Almaniya hökumətinin Səudiyyə Ərəbistanından gələn mühacirlərə ikili standartlarla yanaşmasının, onları adam yerinə qoymamasının qısasını alıb. Bu məgər irqi ayrıseçkilik deyilmi? Nədən Avroparlament bunları da müzakirə etmir, tədbir görmur?

Mayotte Fransanın Dənizaşırı departamentinin ən böyük ərazisindir. Adaya və onun ətraf bölgələrinə Komor adaları iddia edir. Moyotte dənizaşırı ərazisinə daxil olan 17 kommuna 15 adada yerləşir.

Ada əhalisinin sayı 188 422 nəfərdir. Bu isə eyniadlı dənizaşırı regionun 212 645 nəfərlik əhalisinin 89 % deməkdir.

Etnik tərkibi baxımından ada əhalisinin böyük əksəriyyəti komorlulardır.

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi Komor adalarının Mayotte adası üzərində suverenliyini tanıyıb.

Fransanın Hind okeanında yerləşən müstəmləkəsi Mayottedə minlərlə insanı məhv edərək genosid törətdiyini niyə Avroparlament müzakirəyə çıxarmır?

Baki-xeber.com saytının suallarını cavablandiran siyasi şərhçi Arzuxan Əlizadə bildirdi ki, Avroparlamentin Azərbaycana yönəlik qərəzli münasibəti birinci dəfə deyil: “Təəssüflər olsun ki, bundan əvvəlki dövürlərdə də bu qurum tərəfindən bizə qarşı ədalətsiz mövqe sərgilənib. 24 oktyabrda da, 24 apreldə də təxminən analoji qətnamələr qəbul edilib. Əslində son 30 il ərzində Azərbaycan bu qurumdan belə ədalətsiz münasibət görüb. Bu münasibət, hətta Azərbaycanın torpaqları işğal altında olduğu dövrdə də var idi. Çox təəssüflər olsun ki, işğal dövrü ərzində bu qurumda işğalçı Ermənistana qarşı sanksiya tətbiqi ilə bağlı bir dənə də olsun qətnamə layihəsi müzakirə edilməyib.

Azərbaycanın 44 günlük savaşda qazandığı qələbədən sonra bu qərəz bir qədər də gücləndi. Bu mövqe indi də davam etməkdədir. Görünür, Azərbaycanın güclənməsi və regionda söz sahibinə çevrilməsi Avroparlamenti idarə edən gücləri narahat edir. Həmin güclər Azərbaycanın uğurlarını həzm edə bilmirlər. Ona görə də Avroparlamentdən bu cür alət kimi istifadə etməklə Azərbaycana qarşı bu cür qərarların qəbul edilməsinə nail olurlar.

Məsələ burasındadır ki, bu qurumu Azərbaycanda insan haqları və demokratiya qayğılandırmır. Hətta əvvəlki dönəmlərdə bu qurumun Azərbaycana qarşı bir ədalətli addımini görsəydik, fərqli düşüncə üçün əlyeri olardı. Təəssüf ki, hər zaman Avroparlmentdən qərəzli və ədalətsiz qərarlar görmüşük. Bu mövqeyin kökündə heç bir səmimi münasibət yoxdur. Onları yalnız öz alətinə çevirən güclərin maraqları ilgiləndirir, qayğılandırır. Ona görə də Avroparlament Azərbaycana qarşı bir təzyiq vasitədinə çevrilib”.

Ekspertin də qeyd etdiyi kimi, Azərbaycana qarşı sanksiyalarda insan haqları və demokratiya bəhanə edilirsə, Avropanın “ağsaqqalları”ndan sayılan Fransanın genosid siyasəti nədən müzakirəyə çıxarılmır? 30 il ərzində 30 mindən çox azərbaycanlının qanına bais olan, bir milyon əhalini qaçqına çevirən, mindən cox yaşayış məntəqəsini ev-ev söküb-dağıdan Ermənistana qarşı niyə sanksiya tətbiq edilmir?