65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA!
Azərbaycan mətbuatının tanınmış siması, jurnalistika sahəsində peşəkarlığı, prinsipiallığı və milli maraqlara sədaqəti ilə seçilən Aydın Quliyevi Milli İstiqlalçılar adından 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Hörmətli Aydın bəy!
Siz uzun illərdir ki, ölkəmizin informasiya məkanında sözün gücünü, jurnalistikanın cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu davamlı fəaliyyətinizlə sübut etməkdəsiniz.
Rəhbərlik etdiyiniz media qurumu peşəkar jurnalistlər üçün nümunə olmaqla yanaşı, çoxsaylı oxucularınız üçün də etibarlı informasiya mənbəyidir.
Hörmətli Aydın bəy!
Bu əlamətdar gündə Sizi bir daha təbrik edir, can sağlığı, yeni yaradıcılıq uğurları və uzun ömür arzulayıram!
Qələminiz iti, sözünüz kəsərli, yolunuz işıqlı olsun!
Hörmət və ehtiramla,
Arzuxan Əli-zadə
AMİP Sədri, Milli Məclisin deputatı