AMİP-30
arzuxan

İranla Ermənistan arasında gözlənilməz ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri çərçivəsində tərəflər arasında anlaşma memorandumu imzalanıb. Digər tərəfdən, tərəflər iqtisadi əlaqələri gücləndirməyin vacib olduğu fikrinə gəliblər.

Paşinyan da öz növbəsində bildirib ki, regionda kommunikasiya yollarının bərpası fonunda Ermənistan və İran arasında dəmir yolu sahəsində əməkdaşlıq üçün də yeni imkanlar açılıb. O, qeyd edib ki, Naxçıvan-Culfa dəmir yolu xətti vasitəsilə İranın Ermənistana və Qara dənizə dəmir yolu ilə çıxışı təmin ediləcək.

Görəsən, İrəvanda atılan bu addımlar fonunda İranın Zəngəzur isterikası nəhayət bitəcək? Yoxsa şovinist farslar yenə Pezeşkianı hədəfə almaqda davam edəcəklər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirdi ki, İran Prezidenti Pezeşkianın Ermənistana səfəri bir sıra suallara aydınlıq gətirməklə yanaşı, yeni suallar da yaratdı:

“Pezeşkian üçüncü tərəflərin bölgədə olmasını məqbul hesab etməyən açıqlama ilə çıxış etdi. Üçüncü tərəf deyəndə də o, ABŞ-ı nəzərdə tutur. Onun bir prezident olaraq açıqlama və fəaliyyəti daha çox İran dövlətinin maraqlarına xidmət edir. Bu baxımdan İranda Pezeşkian qarşı olan hücumlar əslində fars şovinistlərin aşırı millətçiliyindən doğan məsələdir”.

Deputat qeyd edir ki, Tehran keçən 30 il ərzində işğalçı Ermənistana verdiyi dəstəyin müqabilində indi ondan bunun əvəzini istəyir:
 

“İranla Ermənistan arasında münasibətlər 30 il ərzində kifayət qədər yüksək səviyyədə olub. Tehran ötən dövrdə işğalçıya hər sahədə dəstək verib. Bu gün isə verdiyi həmin dəstəyin müqabilində Ermənistandan daha artığını istəyir. İstədiyi də odur ki, Ermənistan üzərindən gələrək ABŞ kimi qüvvələr regionda yerləşməsin.


Bu mənada İrəvanın üzərinə götürdüyü öhdəlikləri hansı formada yerinə yetirib-yetirməyəcəyindən asılı olaraq Zəngəzur dəhlizilə bağlı Tehranın mövqeyi də zamanla ortalıqda olacaq. İran həmçinin prosesdə Türkiyə və Azərbaycanın dominantlığını qəbul etmək istəmir”.