AMİP-30
a

Author: admin_amip

İranın xarici işlər naziri Abbas Əraqçı ölkəsinin problemli məsələlər üzrə ABŞ-la ciddi və bərabərhüquqlu danışıqlar aparmağa hazır olduğunu bildirib. Onun fikrincə, İran ABŞ-la bərabərhüquqlu, ədalətli və vicdanlı nüvə sazişi bağlaya bilər, ancaq bu şərtlə ki Birləşmiş Ştatlar məcburetmə prinsipindən əl çəksin: “İran nüvə proqramı ətrafındakı böhranı həll etmək üçün ABŞ-la danışıqları bərpa etməyə hazırdır. Biz etimadı bərpa etmək məqsədilə bərabər mövqedən çıxış edən və qarşılıqlı hörmət əsasında olan danışıqlara hazırıq. Ancaq danışıqlara təhdidlə başlamaq olmaz. İlk növbədə təhdid dili kənara qoyulmalıdır”. Maraqlıdır, bu cür sazişin imzalanması

“Sosial şəbəkələrdə xaricdə oturub Azərbaycana düşmən qüvvələrin diktəsi ilə ölkəmizə təzyiq edən şəxslər Azərbaycana gətirilməlidir.” Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib. Deputat son dövrlər sosial şəbəkələrdə, xüsusilə “TikTok” və “YouTube” platformalarında aparılan canlı yayımlar zamanı yol verilən söyüş, təhqir, əxlaqsız davranış və nifrət nitqi hallarının qarşısının alınması yollarını izah edib: “Təəssüf olsun ki, son dövrlərdə xüsusilə bir sıra sosial şəbəkələrdə, ələlxüsus da “TikTok”, “YouTube” və digər platformalar üzərindən bəzi özünü blogger elan edən şəxslərin təhqirlərə yol verməsi, milli mentalitetimizə uyğun olmayan ifadələr səsləndirməklə cəmiyyətə açıqcasına hörmətsizlik

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə günlərdir, dünya gündəmini zəbt edən "Epşteyn sənədləri"ndə Azərbaycanın da adının çəkilməsi məsələsinə münasibət bildirib. Deputat Pravda.az-a açıqlamasında deyib ki, bununla nəyəsə nail olmaq mümkün deyil. "Özünü radikal müxalif qüvvələr elan edən və cəmiyyətə bu cür sırımaq istəyən bəzi "siyasətbazlar" var ki, müxtəlif məsələlərdə ayrı-ayrı rəhbər şəxsləri deyil, bütövlükdə Azərbaycan dövlətçiliyini hədəfə alırlar. Məqsədləri bəllidir. Hakimiyyətə gəlmək xülyaları boş xülyalardır. O dərəcədə axmaq deyillər, başa düşürlər. Sadəcə, kimlərinsə əlində alətə, vasitəyə çevriliblər. Azərbaycanın hazırkı dönəmdə regionun lider dövləti

Azərbaycanda deputatların sayının artırılması ilə bağlı mövzu yenidən gündəmə gəlib. Son dövrlər əhalinin say artımı, seçici dairələrinin genişlənməsi və parlamentdə təmsilçilik məsələləri bu müzakirələri aktuallaşdırır. Mövcud deputat sayı cəmiyyətin bütün təbəqələrinin maraqlarını tam əhatə etməkdə çətinlik yarada bilər. Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, bu məsələ ilə bağlı Milli İstiqlal Partiyası olaraq hələ bir neçə il bundan əvvəl öz təkliflərimizi irəli sürmüşük: “Mən şəxsən həmin təklifləri dəfələrlə öz adımdan da səsləndirmişəm. Məsələ ondadır ki, Azərbaycan Konstitusiyasında parlament üzvlərinin sayı 125 nəfər olaraq təsbit edilib.

Milli Məclisin deputatı Arzuxan Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığında Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu ifadə etməsini şərh edərkən bildirib ki, Azərbaycanın dominantlığı nəzərə alınmalıdır: "5 il əvvəl 44 günlük müharibə ilə əldə etdiyimiz möhtəşəm qələbə regiondakı reallıqları dəyişdi. İndi bu reallıqlar onu tələb edir ki, bölgədə baş  verən bütün proseslərdə Azərbaycanın dominantlığı nəzərə alınsın. Həm region ölkələri, həm də regiondan kənar güclər artıq bunu qəbul ediblər. Onlar Azərbaycanın siyasi, iqtisadi və hərbi cəhətdən aparıcı

ABŞ Gürcüstanla münasibətlərini yenidən nəzərdən keçirmək qərarına gəlib. ABŞ Konqresinin Xarici İşlər Komitəsinin nümayəndələri yanvarın 28-də Tbilisidə səfərdə olublar. Səfər zamanı ABŞ rəsmiləri Gürcüstan hökumətinin aparat rəhbəri Levan Jorjoliani görüşüblər. Gürcüstan mediasının məlumatına görə, görüşdə Gürcüstan və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər diqqət mərkəzində olub. Eyni zamanda, Gürcüstanda gedən proseslər, hökumətin ölkənin iqtisadi artımını təşviq etmək üçün atdığı addımlar və gələcək planları, həmçinin korrupsiyaya qarşı mübarizə tədbirləri ilə bağlı məsələlər də müzakirə edilib. Qarşılıqlı müzakirələrdə Gürcüstan-ABŞ münasibətlərinin və strateji tərəfdaşlığın möhkəmlənməsinin zəruriliyinə dair məsələyə də toxunulub. Qeyd

Məlum olduğu kimi, Avropa İttifaqı Hindistanla böyük ticarət sazişi və təhlükəsizlik-müdafiə paktı imzalayıb. ABŞ-ın maliyyə naziri Skott Bessent Brüssellə Dehli arasında imzalanan sazişə dərhal sərt reaksiya verərək bunu tənqid edib. İndi də ABŞ-ın ən yaxın və ənənəvi müttəfiqi olan Böyük Britaniyanın Baş naziri Kir Starmer Çinə rəsmi səfər edib. Bu, Britaniya baş nazirinin son səkkiz il ərzində Çinə ilk rəsmi səfəridir. O da bəllidir ki, Rusiyanın Ukraynada apardığı müharibə ilə əlaqədar Avropa dövlətləri ilə Birləşmiş Ştatlar arasında ciddi fikir ayrılıqları, münasibətlərdə soyuqluq mövcuddur. Maraqlıdır, Avropa liderlərinin

Milli Məclisin deputatı Arzuxan Əlizadə “TV Müsavat” kanalının növbəti buraxılışında İranda baş verən hadisələrdən danışıb. Gununsesi.info bildirir ki, Arzuxan Əlizadə qeyd edib ki, İran daxilindəki etirazlar və gərginlik vəziyyəti son dərəcə ciddi və təhlükəlidir: “İranda dekabrın sonunda ABŞ-ın verdiyi bəzi tədbirlər və hadisələr müharibə üçün zəmin yaratdı. İqtisadi vəziyyətin gərginliyi bu istiqamətdə hərəkətə səbəb oldu. İran daxilindəki obyektlər vuruldu və bunlar əsasən özləri tərəfindən həyata keçirildi. İran rejiminin sərtləşməsi ölkə daxilində etirazlara səbəb oldu. 28 dekabrdan başlayan nümayişlər minlərlə insanın qətlə yetirilməsi ilə nəticələndi. İnsanlar işgəncələrə məruz qaldılar, ölkədə gərginlik yüksək

Son dövrlər mərkəzi icra orqanları olmaqla bir çox sahədə məmurlar işdən azad edilir və ya başqa yerə təyin olunur. İşdən azad olunan məmurların sonradan nə işlə məşğul olması cəmiyyətdə sual doğurur. Mövzu ilə bağlı deputat Arzuxan Əlizadə bildirib ki, kadr islahatları nəticəsində müxtəlif sahələrdə çalışan məmurların və digər kateqoriyadan olan şəxslərin iş yerlərindən ayrılması halları müşahidə olunur: "Bu isə işlə təminat məsələsini aktuallaşdırır. İxtisara düşən şəxslərin öz ixtisaslarına, peşə bacarıqlarına və təcrübələrinə uyğun şəkildə yenidən işlə təmin olunmaları üçün müəyyən addımlar atıla bilər. Hansı sahədə fəaliyyət göstərəcəkləri isə

Otuz ilə yaxın davam edən işğalın və sonrakı müharibələrin ağır mirası olan mina təhlükəsi bu gün Azərbaycanın qarşısında duran ən ciddi humanitar, ekoloji və təhlükəsizlik problemlərindən biri olaraq qalır. Azad edilmiş ərazilərdə basdırılmış minalar təkcə insan həyatına və fiziki təhlükəsizliyə deyil, eyni zamanda torpaq ehtiyatlarına, biomüxtəlifliyə, su mənbələrinə, kənd təsərrüfatına və maddi-mənəvi irsə uzunmüddətli zərər vurur. Partlayıcı qalıqların yaratdığı risklər bölgədə bərpa və quruculuq prosesini ləngidir, əhalinin doğma torpaqlarına təhlükəsiz qayıdışını çətinləşdirir və ekosistemin təbii balansını pozur. Məhz bu reallıqlar fonunda mina təhlükəsizliyi məsələsinin yalnız