AMİP-30
a

Author: admin_amip

                                        Şəxsiyyət Onunla ilk tanışlığımın əsası ötən əsrin son qərinəsində – 1992-ci ilin iyul ayının 2-də boy almışdı. Çox dəyərli, izzətli qohumum, fəzilətli insan, şücaətli iş adamı Məhəmməd Həbulla oğlu Bəşirov hər ikimiz üçün münasib vaxt seçərək elə yenicə mücadilə təşnəsi tapan azadlıq aşiqlərinin “ilk qaranquş” adlandırdıqları AMİP partiya qərargahında (Bakı şəhərinin Binəqədi rayonunda) bizim üçün ilk görüş müsamirəsi təşkil etdi. Onu da deyim ki, bu məkanda məskunlaşan sakinlərin əksəriyyəti deportasiyaya məruz qalan qaçqın, qaçqınlıq, köçkünlük, didərginlik görmüş, ağır iztirablara düçar olmuş insanlar olduğundan demək

"Dünəndən aparıcılardan birinin efir zamanı səsləndirdiyi fikirlər gündəm olub. Zaman-zaman fərqli verilişlərdə bu cür adekvat olmayan fikirlər səsləndirilir. Məsələ hər dəfə gündəm olduqdan sonra unudulub gedir. İstənilən halda  Azərbaycan ictimaiyyətinə qarşı normal olmayan fikir efirdən səsləndirilirsə, bunun qarşılığı olmalıdır". Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.  O bildirib ki, Audiovizual Şura  bu cür açıqlamalarla gündəmə gələn aparıcılarla bağlı ölçü götürməli, televiziya rəhbərlərinə xəbərdarlıq edilməlidir: "Təkcə teleaparıcılar deyil, bir çox verilişlər Azərbaycan əxlaqına, mədəniyyətinə uyğun deyil. Verilişlərə cəmiyyətdə reputasiyası aşağı olan insanlar dəvət edilir, onların dili ilə hanısa

Azərbaycan tarixi şanlı səhifələri ilə yanaşı, faciələr və soyqırımları da görüb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Həmin vaxt Bakı şəhərində və Azərbaycanın digər bölgələrində erməni-bolşevik silahlı dəstələri azərbaycanlılara qarşı genişmiqyaslı qırğınlar həyata keçiriblər. Bu qətliamlar nəticəsində 10 minlərlə azərbaycanlı həyatını itirib. Soyqırımı əsasən erməni millətçilərinin silahlı dəstələri və bolşevik rejiminin dəstəyi ilə həyata keçirilib. Azərbaycan Xalq Cümhuriyyəti 1919-1920-ci illərdə 31 martı Milli Matəm Günü elan edib. 1998-ci ildə isə Ulu Öndər Heydər Əliyevin imzaladığı fərmanla 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan olunub

Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında müstəsna xidmətləri olan istiqlal məfkurəsi ilə yoğrulmuş Etibar Məmmədovun 70 illik yubileyinə. Tarixin hər dövründə öz liderləri olub, liderlər bəzən öz yaşadıqları zamanın yetirmələri olur, bəzi hallarda isə tarixin bütün dövrlərində tarixi şəxsiyyətinə çevrilirlər.Etibar Məmmədov bu baxımdan  belə liderlərdəndir.Son iki minillik tariximizdə Azərbaycanda müxtəlif dövrlərdə çox tarixi şəxsiyyətlər dünyaya gəlmiş, bacarıqları dərin bilikləri,qəhrəmanlıqları ilə şöhrət qazanmış parlamış və adlarını tariximizə qızıl hərflərlə həkk etmişlər.Etibar Məmmədov o tarixi şəxsiyyətlərdəndir ki, Azərbaycan tarixinin 90 -cı illərinin ən kritik anlarında,  həlledici qərar vermək

ABŞ artıq İrana qarşı hərbi tədbirlərə start verib. Belə ki, ABŞ Qırmızı dənizdə İranın ən yeni kəşfiyyat gəmisi olan "Zaqros"u batırıb. Xatırladaq ki, ABŞ Prezident Donald Tramp fevralın 5-də ABŞ-nin İrana maksimum təzyiqini bərpa edən fərman imzalayıb. Martın əvvəlində isə Tramp İran dini liderinə məktub yazaraq onu nüvə məsələsində danışıqlara dəvət edib. Tramp məktubunda bildirib ki, tezliklə danışıqlara başlamalıyıq, əgər danışıqlar yolu ilə razılaşmasaq, hərbi yola əl atacağıq: “Bu da sizin üçün dəhşətli nəticələr verəcək". Lakin İranın dini lideri bu danışıqları rədd etdi. Görəsən, İrana qarşı ABŞ-la İsrailin savaşı başlaya bilər? Mövzu

Azərbaycanda Novruz bayramı qeyd olunur.  Bu bayramı vətəndaşların böyük əksəriyyəti evdə keçirməyə üstünlük verir. Bəzi vətəndaşlar isə paytaxtın müxtəlif yerlərində təşkil olunan bayram konsertlərinə qatılırlar. Eyni zamanda,  bölgələrə gedən və ya xarici ölkələrdə Novruz bayramını keçirənlər də var.  Maraqlıdır, siyasətçilər Novruz bayramını harada keçirəcəklər?  "Cebheinfo.az" bununla bağlı partiya sədrləri arasında sorğu keçirib. Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə də bayramı evdə qeyd edəcək: "Bütün bayramları ailə üzvlərim və yaxınlarımla birlikdə qeyd etməyi xoşlayıram. Bu dəfə də övladlar və nəvələrlə birlikdəyik. Bayramı Bakıda, evimizdə qeyd edəcəyik".