AMİP-30
a

Author: admin_amip

Uzun illər ərzində  ABŞ da daxil olmaqla bir sıra Qərb dövlətlərinin və bir sıra  beynəlxalq təşkilatların Azərbaycana yönəlik münasibətdə ikili standartlardan çıxış etməsinə şahidlik  etmişik. ABŞ Konqresində Azərbaycanın Qarabağ bölgəsinin gələcək taleyi adlı  məsələnin müzakirəyə çıxarılması da növbəti dəfə Azərbaycana yönəlik münasibətdən irəli gəlir. Təəssüflər olsun ki, bu dövlət 30 ilə yaxın müddətdə Azərbaycan torpaqları işğal altında olduğu sürəcdə Azərbaycana lazımi siyasi dəstək verməyib və ATƏT-in Minsk qrupunun həmsədrlərindən  biri olaraq da əslində münaqişənin aradan qaldırılması və Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində fəaliyyət

Bu gün Almaniya xarici işlər naziri Annalena Berbokun Azərbaycana səfəri başlayır. Berbok Bakıya İrəvandan gələcək. Belə ki, xanım nazir noyabrın 3-də İrəvanda olub. Bu, xarici işlər nazirinin 2023-cü ilin yazında Gürcüstana səfərindən sonra Ermənistan və Azərbaycana ilk, Cənubi Qafqaza isə ikinci səfəridir. Almaniyalı nazir bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək və bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyində birgə mətbuat konfransı keçiriləcək. Maraqlıdır ki, Almaniya XİN başçısının Prezident İlham Əliyevlə görüşü nəzərdə tutulmayıb. Belə ki, Berbok Almaniyadan hələ çıxmamış açıqlanan səfər proqramında bu məlum olmuşdu. Halbuki Almaniya

Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan eyni zamanda, güclü ordu da yaradırdı.  30 ilə yaxın müddət ərzində Azərbaycan keçmiş “Dağlı Qarabağ problemi”ni sülhlə həll etmək üçün hər şey etdi. Bunun üçün ATƏT-in Minsk qrupu kimi faktiki olaraq fəaliyyətsizlik nümayiş etdirən bir formatda nəticəsiz görüşlər keçirildi. Bəlkə də dünyada heç bir ölkə bu qədər səbr nümayiş etdirməzdi. Lakin Azərbaycan öz humanist mövqeyini ortaya qoyaraq məqsədinin sülh olduğunu illərdir sübut etdi.  Xüsusi vurğulanmalı digər məqam isə Prezident İlham Əliyevin Azərbaycan Ordusuna ayırdığı diqqətdir.  Ordu quruculuğu hər zaman Prezidentin

Belə görünür ki, Azərbaycanın İranla Araz çayı üzərindən nəqliyyat xətlərinin açılması ilə bağlı razılaşması Ermənistanı hərəkətə gətirib. Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan bunları deyib:  “Bu yaxınlarda “Sülhün kəsişməsi” layihəmizi təqdim etdik. Onun təqdimatı çərçivəsində mən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tərkibində Ermənistan ərazisindən keçən regional və beynəlxalq kommunikasiyaların, yəni avtomobil yollarının, dəmir yollarının, qaz kəmərlərinin təhlükəsizliyini təmin etmək funksiyası daşıyacaq bölmə yaratmağı planlaşdırdırdığımızı bildirdim. Sizə bildirmək istəyirəm ki, bu bölmə artıq formalaşdırılıb. Əvvəllər planlarımızda olduğu kimi, müəyyən hazırlıq işləri aparırdıq. Bölmə dünəndən fəaliyyətə başlayıb”. Ancaq

Məlum olduğu kimi, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazandı. Ermənistan noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzaladı. Ondan sonra Azərbaycan 2021-ci ilin ortalarında sülh təklifini verdi.  Daha sonra sülh sazişinin 5 prinsipini irəli sürdü. 2022-ci ilin dekabrında Qarabağa qanunsuz silah daşınmasının, oranın sərvətlərinin talanmasının qarşısını almaq üçün Laçın yolunda ekoloqlar fasiləsiz aksiyalar keçerməyə başladılar. 23 aprel 2023-cü ildə Azərbaycan Ermənistanla sərhəddə Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurdu və ölkəyə giriş nəzarətə götürüldü. Ən nəhayət, 19 sentyabrda lokal xarakterli antiterror tədbirləri