Afsəddin Nəbiyev: “Bu, o deməkdir ki, Ermənistan Laçın sərhəd-buraxılış məntəqəsi reallığı ilə barışmalıdır”
Moskva Bakı və İrəvanla Qarabağla bağlı təmasları davam etdirir və hər iki tərəfi təmkinli olmağa çağırır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib. Daha sonra Peskov fikirlərini belə əsaslandırıb: “Şübhəsiz, biz gərginliyin azalmamasından və hətta bəzi hissələrdə artmağa meylli olmasından narahatıq. Heç nəyə baxmayaraq, Rusiya təhlükəsizliyin etibarlı təminatçısıdır. Biz həm İrəvanla, həm də Bakı ilə təmaslarımızı davam etdiririk. Əlbəttə ki, hər iki tərəfi təmkinli olmağa və iki il bundan əvvəl imzalanmış üçtərəfli razılaşmalar ruhunda hərəkət etməyə çağırırıq. Əlbəttə, o vaxtdan bəri formalaşan yeni
Moskvanın hədyanına tutarlı cavab: “Rusiya işğal etdiyi əraziləri…”
Rusiya tərəfi növbəti dəfə Azərbaycanla bağlı təxribatçı açıqlama verib. Belə ki, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ölkəmizlə bağlı absurd fikirlər səsləndirib. O, keçirdiyi brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində keçirdiyi “seçkilər”i tanımamasına təpki göstərib: “Nəyə görə bu şərh verilib? Belə qiymətləndirmələr bizim tərəfimizdən qəbul oluna bilməz. Bu, qəbuledilməz qiymətləndirmədir və ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin səviyyəsinə uyğun gəlmir. Ona görə də diplomatik xətlə Azərbaycan tərəfinə demarş edilib. Belə diplomatik ifadə var. Hesab edirik ki, Bakı bizim ölkəmizin ərazi bütövlüyü məsələsinə, tərəfdaşımızın bizdən onun ərazi
Qarabağda nələr baş verir? – Amerika, Rusiya, Ermənistan, İran…- sensasion təhlil – VİDEO
AMİP sədri Arzuxan Əlizadə "Sitat tv"nin canlı yayınında Qarabağda baş verən son prosesləri təhlil edib: "Bölgədə gərginlik artıb. Onsuz da elə əvvəldən bölgədə bir çox qüvvələrin maraqları toqquşurdu. Bu gün bir qədər də üst səviyyəyə keçib. Məlumdur ki, Paşinyan zamanında Ermənistana Qərb qüvvələri tərəfindən gətirildi.Hakimiyyətə gətirildikdən sonra üzərinə çox ciddi öhdəliklər qoyulub. Bu öhdəliklərdən biri də odur ki, Rusiyanın bu bölgədə nüfuzunu zəiflətsin, Ermənistanı Rusiyanın nəzarətindən tam olaraq çıxarsın və Qərbin nəzarətinə versin". Daha ətraflı təqdim etdiyimiz videodan izləyin. https://www.youtube.com/watch?v=AB-r_igLuKs
Arzuxan Əlizadə: “Bunun başlıca səbəbi Azərbaycanın gücü və Vətən müharibəsindən sonra yaranan yeni vəziyyətlə bağlıdır”
Məlum olduğu kimi, Xankəndidəki qondarma separatçı qurumda keçirilən “prezident seçkisi” ilə bağlı əksər aparıcı dövlətlər, beynəlxalq təşkilatlar və Avropa İttifaqı bəyanat yayaraq, bu “seçkini”, onun “nəticələrini” qəbul etmədiklərini bildiriblər. Lakin Ermənistandakı revanşist, qatı millətçi və rusiyapərəst qüvvələr bu “seçkini” böyük uğur kimi qələmə vermək istəyirlər. Onlar həmçinin, Paşinyan hökumətini də rəsmən Xankəndidəki “seçki şousu”nun nəticələrini qəbul etməyə və separtatçıların yeni “lideri” Samvel Şahramanyanı təbrik etməyə çağırırlar. Belə ki, “Daşnaksutyun” partiyasının parlamentdəki nümayəndəsi Qeqam Manukyan Nikol Paşinyanı indiyə kimi Şahramanyanı təbrik etmədiyinə görə tənqid edib. O, artıq
Afsəddin Nəbiyev: “Bütün bunlar bir daha molla rejiminin əsil simasını ortaya qoyur”
Ermənistanın “Humanitar Minatəmizləmə və Ekspertiza Mərkəzi”nin mətbuat xidməti məlumatına görə, İranlı mütəxəssislər Ermənistanda minatəmizləmə işlərinə cəlb olunacaqlar. Məlumatda qeyd edilir ki, avqustun 29-dan sentyabrın 2-dək Mərkəzin rəhbəri Vahinak Sarkisyanın başçılıq etdiyi nümayəndə heyəti İranda rəsmi səfərdə olub. Erməni mütəxəssislərin iranlı həmkarlar tərəfindən ixtisaslaşmış müəssisələrdə hazırlanması məsələsi müzakirə olunub: “İranın Minalardan Təmizləmə Mərkəzi tərəfindən Ermənistanda humanitar minatəmizləmə işlərinin aparılması və mümkün olarsa, iranlı mütəxəssislərdən ibarət nümayəndə heyətinin göndərilməsi məsələsi də müzakirə edilib”. Qəribədir ki, indiyə qədər İran minatəmizləmə ilə bağlı bir dəfə olsun Azərbaycanana humanitar yöndə təklif
“Bizə “avtobus müxalifəti” deyənlər, özünüz hansı CİBdən çıxmısız?” – VİDEO
TV Müsavat-ın canlı efirinin qonağı AMİP sədri Arzuxan Əlizadə olub. Arzuxan Əlizadə siyasi partiyalarla bağlı yeni qanunun qəbulu ilə bağlı danışıb. O, bildirib ki, özünü radikal müxalifət kimi tanıdan az sayda partiya var ki, bu prosesi pislədilər, əslində isə həmin güclər illər ərzində hakimiyyətə gəlmək uğrunda deyil, müxalifət arasında birincilik uğrunda mübarizə aparıblar. Ətraflı videoda: https://www.youtube.com/embed/RxAAi3Yvn6o