AMİP-30
a

Author: admin_amip

İran regionda (Cənubi Qafqazda) geosiyasi vəziyyətin zərrə qədər dəyişməsinə qarşıdır. Bunu İran İslam Respublikasının  prezidenti İbrahim Rəisi BMT Baş Assambleyası çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycan ordusunun son antiterror tədbirlərini şərh edərkən deyib. “İslam Respublikası dəfələrlə bəyan edib ki, gərginlik və münaqişə regionun problemlərinin həlli yolu deyil. Bu məsələləri region ölkələri, o cümlədən İran həll edə bilər”, - İran başçısı bildirib. Onun sözlərinə görə, İran Ermənistan və Azərbaycana açıq şəkildə bildirib ki, regionda geosiyasi vəziyyətin zərrə qədər dəyişməsinə qarşıdır: “İki ölkə İranın mövqeyinə zidd ola biləcək heç

"Üçtərəfli bəyanatın 4-cü bəndinə görə, Rusiya sülhməramlılarının Qarabağa girməsi ilə paralel Ermənistan silahlı qüvvələri bölgəni tərk etməli, qanunsuz dəstələr tərksilah edilməli idi". Bunu Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, 3 ilə yaxın zaman keçsə də, erməni silahlı dəstələri, terrorçular nəinki silahı yerə qoyub, ərazilərimizi tərk etdilər, üstəlik, fəaliyyətlərini daha da genişləndirdilər: "Son dövrlərdə, xüsusən Azərbaycan dövlətinin təhlükəsizliyi, hərbçilərimiz və mülki vətəndaşlarımız üçün kifayət qədər təhdid yaradırdılar, terror aktları həyata keçirirdilər. Əlbəttə, sonsuza qədər buna dözmək olmazdı”. Müsahibimiz qeyd edib ki, lokal

“Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir”. Bu sözləri Prezident İlham Əliyev ötən gün xalqa müraciətində deyib. Dövlətimizin başçısı vurğulayıb ki, antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət və peşəkarlıq göstəriblər: “Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət

"Yevlax görüşünün nəticələri ilə bağlı danışmaq hələ tezdir. Amma görüşün mövzusu Qarabağ ermənilərinin reinteqrasiya prosesinin həyata keçirilməsi istiqamətində atılacaq addımların müzakirəsi ilə bağlı idi". Bu sözləri politoloq Rəşad Bayramov HİT.az-a açıqlamasında deyib. O bildirib ki, Azərbaycan tərəfinin prosesə baxışı, prosesin hansı istiqamətdə həyata keçiriləcəyi və nə kimi addımların atılacağı görüşdə müzakirə olundu: "Böyük ehtimalla, bununla bağlı Azərbaycan nümayəndə heyəti erməni icmasının nümayəndələrinə müvafiq məlumatlar verib. Yəqin ki, onlar da bu məlumatları hal-hazırda Xankəndi və ətrafında yaşayan erməni icmasının fərdlərinin nəzərinə çatdıracaqlar. Təbii ki, proses Azərbaycanın istəyinə uyğun

Sentyabrın 15-də Azərbaycan Milli İstiqlal Partiyasının bir qrup üzvü Türk Şəhidləri məzarlığını ziyarət etmişdir. 15 sentyabr Azərbaycanın , qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış tarixi bir gündür. 1918-ci il 15 sentyabr Qafqaz İslam Ordusunun Komandanı qəhrəman sərkərdə Nuri Paşa Bakı şəhərini erməni daşnaklarından və rus şovinistlərindən azad etdi. Bu qələbənin qazınılmasında Ənvər Paşanın, Mursəl Paşanın, Rüşdü bəyin , yüzlərlə şəhidlərimizin böyük rolu olmuşdur. AMİP sədri qısa nitqində 15 sentyabr qəhrəmanlıq salnaməsi günü olduğunu, məhz bu günün Azərbaycanın Qurtuluş günü olduğunu xüsusilə qeyd etdi. Eyni zamanda Arzuxan

Moskva Bakı və İrəvanla Qarabağla bağlı təmasları davam etdirir və hər iki tərəfi təmkinli olmağa çağırır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib. Daha sonra Peskov fikirlərini belə əsaslandırıb: “Şübhəsiz, biz gərginliyin azalmamasından və hətta bəzi hissələrdə artmağa meylli olmasından narahatıq. Heç nəyə baxmayaraq, Rusiya təhlükəsizliyin etibarlı təminatçısıdır. Biz həm İrəvanla, həm də Bakı ilə təmaslarımızı davam etdiririk. Əlbəttə ki, hər iki tərəfi təmkinli olmağa və iki il bundan əvvəl imzalanmış üçtərəfli razılaşmalar ruhunda hərəkət etməyə çağırırıq. Əlbəttə, o vaxtdan bəri formalaşan yeni

Rusiya tərəfi növbəti dəfə Azərbaycanla bağlı təxribatçı açıqlama verib. Belə ki, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ölkəmizlə bağlı absurd fikirlər səsləndirib. O, keçirdiyi brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində keçirdiyi “seçkilər”i tanımamasına təpki göstərib: “Nəyə görə bu şərh verilib? Belə qiymətləndirmələr bizim tərəfimizdən qəbul oluna bilməz. Bu, qəbuledilməz qiymətləndirmədir və ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin səviyyəsinə uyğun gəlmir. Ona görə də diplomatik xətlə Azərbaycan tərəfinə demarş edilib. Belə diplomatik ifadə var.  Hesab edirik ki, Bakı bizim ölkəmizin ərazi bütövlüyü məsələsinə, tərəfdaşımızın bizdən onun ərazi