AMİP-30
a

Author: admin_amip

Ermənistanın Qərb tərəfindən qadağan olunan  məhsulların Rusiyaya çatdırılmasında aktiv roluna dair məlumatların ardı-arası kəsilmir. Bloomberg Agentliyi 2022-ci ildə Ermənistanın yarımkeçiricilər ixracının həcminə görə dünyada 4-cü yeri tutduğuna dair məlumat yayıb. Məlumatda qeyd edilir ki, bu göstərici üzrə Ermənistan Yaponiya, Almaniya və Hindistanı arxada qoyub. Onun satdığı məhsulun əsas alıcısı isə Rusiyadır. Bloombergin əldə etdiyi məlumata görə, ötən il Ermənistandan Rusiyaya yarımkeçiricilər ixracı 187 faiz artmaqla 1,2 milyard dollar təşkil edib. Agentlik bunu Ermənistanda yarımkeçirici istehsalının artması ilə izah edib. Lakin Ermənistan statistikasında bu istehsalın artmasına

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova çərşənbə axşamı keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvan və Bakı arasında vasitəçilik səylərinin kafi olmamasına dair şərhini kəskin tənqid edib: “Ermənistan rəhbərliyi Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra Rusiyanın səylərinin az olmasına dair hansısa iradlar yersizdir. Qarabağdan Rusiya sülhməramlılarının çıxarılmasına dair tamamilə başa düşülməyən fikirlər irəli sürülür. Bu, cənab Paşinyanın arzusudur? O istəyir ki, belə olsun?”. Daha sonra Zaxarova Ermənistan rəhbərliyinin belə fəaliyyətin lazım olmaması barədə fikirlərindən təəccübləndiyini bildirib: “Təəssüf ki, biz çox vaxt Ermənistan rəhbərliyi

“Hazırda da hərəkət etmək azadlığı bloklanmayıb”. Bunu Prezident İlham Əliyev "Euronews" telekanalına müsahbəsində deyib. Ölkə başçısı Laçın yolu ilə bağlı bunları qeyd edib: “Aprelin 23-dən - sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib. İyunun 15-də Ermənistan digər hərbi təxribata əl atdı və bizim sərhədçilərimizdən birini yaraladı. Yol araşdırmaya görə müvəqqəti olaraq bağlı idi. Sonra yol təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin

Avropa İttifaqı Ermənistan hökumətinə təbiət və dəqiq elmlər, eləcə də mühəndislik (STEM fənləri) üzrə məktəb laboratoriyaları üçün 32 milyon avro verəcək. Proqrama Göyçə, Vedi və Ağadərəsi rayonlarının bütün məktəbləri, eləcə də Zəngəzur vilayətinin Qafan şəhərindəki 13 məktəb - ümumilikdə isə 340-a yaxın məktəb daxil olacaq: “Burada laboratoriyalar tikiləcək, müəllimlər qeyri-formal təhsil metodlarını əhatə edən yeni tədris metodikası üzrə yenidən hazırlaşacaqlar”. Müharibədən ən çox əziyyət çəkən, işğal dövründə yaşayış məntəqələri məhv edilən ölkə Azərbaycan, yardım proqlamlarına cəlb olunan Ermənistan. Aİ-nin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycan, maliyyə yardımı