Azərbaycan hansı addımı atacaq? – Partiya sədri
“Fransa-Azərbaycan münasibətləri rəsmi Parisin yürütdüyü siyasət səbəbilə gərginləşib”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə “Cebhe.info”-ya açıqlamasında deyib. O bildirib ki, gərginlik hələ də davam edir: “Çox təəssüf ki, Fransa Azərbaycanın torpaqları işğal altında qaldığı 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri kimi yürütdüyü siyasəti İkinci Qarabağ müharibəsi dövründə və ondan sonra bir qədər də gücləndirib. Rəsmi Paris ermənilərə dəstək verməyə davam edir, İrəvanla hərbi müqavilələr imzalayır. Üstəlik, əvvəl müdafiə silahları verirdisə, indi hücum təyinatlı silahlar ilə Ermənistan ordusunu təchiz edir. Hətta artıq Fransa hərbi
Ölkə seçkilərlə bağlı Prezidentin qərarını gözləyir
Prezident İlham Əliyev ilk dəfə bütün ölkə ərazisində keçiriləcək parlament seçkilərinin gününü təyin edəcək; Siyasi partiyalar seçki qərarını müsbət qarşıladılar Müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində 2024-cü ilin fevralında keçirilmiş Prezident seçkilərindən sonra bu dəfə parlament seçkiləri də bütün ölkə ərazisində olacaq. Milli Məclisə növbədənkənar seçkilər zamanı müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkilləri məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar. Bu barədə parlament çoxluğunu təmsil edən YAP-da qərar verilib. Hakim partiyanı Milli Məclisdə təmsil edən deputatlar altıncı
Afsəddin Nəbiyev: “Bu məsələdə Avroittifaqın nə dərəcədə ədalətli olacağını zaman göstərəcək”
Avropa İttifaqı Aİ–Azərbaycan Təhlükəsizlik Dialoqunun 5-ci raundu ilə bağlı tərəflərin birgə bəyanat yayıb. Bu sənəd Avropa Xarici Fəaliyyət Xidmətinin saytında dərc olunub. “İyunun 13-də Brüsseldə Aİ–Azərbaycan Təhlükəsizlik Dialoqunun beşinci iclası keçirilib. İştirakçılar Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran aktual xarici və təhlükəsizlik siyasəti məsələləri ətrafında açıq və səmimi fikir mübadiləsi aparıblar”, – sənəddə qeyd olunub. “Aİ-nin Azərbaycanda humanitar minatəmizləmə və mina qurbanlarına yardıma göstərdiyi dəstək yüksək qiymətləndirilib. Bildirilib ki, Aİ-nin “Team Europe” təşəbbüsü və digər proqramlar çərçivəsində Azərbaycanın minalarla mübarizə
Afsəddin Nəbiyev: “Əgər bu proses bir az da ləngisəydi, Azərbaycan daha böyük təhlükələrlə üz-üzə qalacaqdı”
Otuz bir il əvvəl ulu öndər Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə qayıdışı ilə respublikamızın həyatında yeni inkişaf dövrünün əsası qoyuldu. Həmin gün Azərbaycan xalqının taleyində böyük əhəmiyyət kəsb edir. Çünki məhz həmin günlərdə respublikamızın gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. O vaxt vəziyyət getdikcə ağırlaşırdı və 1993-cü ilin iyununda hakimiyyət böhranı kulminasiya həddinə çatdı. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı hədəfə almışdı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən