AMİP-30
a

Author: admin_amip

Bəs bundan sonra danışıqlarda hansı format üstünlük qazanacaq? Ermənistan və Azərbaycan liderlərinin oktyabrın sonunda Brüsseldə keçirilməsi planlaşdırılan görüşünün baş tutmayacağı dəqiqləşdi. Yada salaq ki, Brüssel görüşü baş tutmayan Qranada görüşündən sonra keçirilməli idi. Amma Brüsseldə nəzərdə tutulan görüş ərəfəsi də Fransa “dinc durmadı”. Fransa Xarici İşlər Nazirliyinin rəhbərinin BMT Təhlükəsizlik Şurası səviyyəsində elan etdiyi təşəbbüs, Ermənistanla hərbi-texniki əməkdaşlıq buna sübutdur. Fransa demək istəyir ki, görüş ya Parisin müəyyən etdiyi çərçivədə olmalıdır, ya da baş tutmamalıdır. Belə görünür ki, Şarl Mişel də artıq Bakını danışıqlar masasında oturmağa

Fransa prezidenti Emmanuel Makron İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın İsrailə hücumundan sonra HƏMAS-la da mübarizə aparmaq üçün genişləndirilməsinə çağırıb. Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra çıxış edən Makron deyib ki, İŞİD-lə mübarizə aparan ölkələr HƏMAS-la da mübarizə aparmalıdır: “İŞİD-ə qarşı ABŞ-ın rəhbərliyi ilə yaradılan beynəlxalq koalisiya HƏMAS-a qarşı da mübarizə aparmalıdır”. Ancaq Fransadan fərqli olaraq, Türkiyə və Azərbaycan 2 dövlət prinsipini irəli sürür. Yəni İsraillə yanaşı, Fələstin dövlətinin də yaradılmasını dəstəkləyir. Həmçinin, bununla bağlı beynəlxalq konfrans çağırmağı təklif edir. Bununla yanaşı, prosesə

“Bəzi güc mərkəzləri HƏMAS-la İsrail arasında baş verən müharibənin genişlənməsi və bütöv bir regiona yayılmasında maraqlıdır”. Bu sözləri politoloq Rəşad Bayramov “Cümhuriyət” qəzetinə açıqlamasında İsrail-Fələstin regionunda son hadisələrin hansı məcraya doğru getməsini şərh edərkən bildirib.O qeyd edib ki, bu müharibə Yaxın Şərqdə, eləcə də Cənubi Qafqazda mövcud vəziyyətə öz təsirini göstərə bilər: “Kimin qarşıdurmanı başlamasından və müharibəni qızışdırmasından asılı olmayaraq, hər iki tərəfdə mülki və dinc insanlar həlak olurlar. Bu kimi hadisələrə yol verilməsi qəbuledilməzdir. Ancaq son proseslər onu görsədir ki, İsrailin arxasında dayanan güc mərkəzləri, o cümlədən HƏMAS-ı

“Ermənistanın KTMT-dən çıxmaq istəməsi ilə bağlı zaman-zaman müzakirələr aparılsa da ortada konkret addımlar yoxdur. Keçən il Paşinyanın “əgər KTMT Ermənistanla bağlı öhdəlikərini icra etməsə, KTMT-dən çıxacağıq” bəyanatı da sadəcə Avropadakı tərəfdaşlarının xoşuna gəlmək üçün deyilmiş söz idi. Bunu sonrakı proseslər də göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, indiki mərhələdə də Ermənistanın KTMT-dən çıxması ilə bağlı hansısa addımlar ata biləcəyini düşünmürəm: “Daha aydın desək, hazırkı geosiyasi vəziyyətdə Ermənistanın KTMT-dən çıxması, dolayısı ilə Rusiya ilə onsuzda gərgin olan münasibətləri daha da gərginləşdirməsi