AMİP-30
a

Author: AMİP

Müasir dövrdə demək olar ki, dünyanın hər yerində hər kəs sosial şəbəkələrdən yararlanır. Sosial platformaların inkişafı informasiya bolluğuna və ünsiyyət proseslərinin daha rahat olmasına şərait yaradır. Müasir kommunikasiya əlaqələri insanların gündəlik həyatlarında və sosial münasibətlərində tez-tez istifadə etdikləri bir vasitə halına gəldi. Köhnə dostlar tapmaqla başlanan sosial media daha sonra fərqli platformalar yaratdı və hətta iş həyatında daha yaxşı əlaqələr qurmağa imkan yaratdı. Son illər sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələr eyni zamanda insanların fiziki təhlükəzliyinə təhdid formalaşdırdığı həm də günümüzün acı

Azərbaycan Milli İstiqlal Partiyası Böyük Quruluş Partiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktını qətiyyətlə pisləyir və bu alçaq hücumun icraçı və sifarişçilərinin tez bir zamanda aşkar olunaraq məsuliyətə cəlb edilməsinin vacib olduğunu bildirir.AMİP olaraq baş verən hadisəni ölkəmizdə sabitliyin pozulmasına cəhd və cəmiyyət arasında qorxu yaratmağa hesablanmış addım kimi qiymətləndiririk. Bu terror aktı ilə Azərbaycan dövlətinə və xalqına mesaj vermək istəyən qüvvələr bilməlidirlər ki, heç bir təhdid insanımızı haqq davasından çəkindirə bilməz və bu mənfur hücumun arxasında

Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının iclası keçirilmişdir. Şəhidlərin və Türkiyədə “əsrin fəalkəti” nəticəsində həlak olmuş insanların xatirəsini yad etməklə başlayan iclasda ölkədə və regiondakı mövcud durum, eləcə də “Siyasi partiyalar haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Qardaş Türkiyənin cənub-şərqində baş vermiş və ölkənin bir sıra yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər hər birimizi dərindən kədərləndirdi. Bu faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, bütünlüklə qardaş Türkiyə xalqına partiyamız adından  dərin hüznlə başsağlığı verir və səbr diləyir, xəsarət alanlara Uca Tanrıdan şəfa diləyirik!   Türk xalqının gücü və qətiyyəti ilə fəlakətin nəticələrinin tezliklə aradan qaldırılacağına inamımızı ifadə edirik. Qardaş Türkiyənin kədəri kədərimiz, acısı acımızdır! Tanrı Türkiyəmizi qorusun! Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının Sədri

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu terror aktı kimi qiymətləndirir və şiddətlə qınayırıq. Bu özünü “din qardaşı” adlandıran rejimin uzun müddətdir ki, Azərbaycan dövlətinə qarşı yürütdüyü düşmən siyasətinin məntiqi davamıdır. Azərbaycanın bir parçası hesab edilən səfirliyimizə edilən silahlı hücum suverenliyimizə qarşı qəsddir və baş verən qanlı olaya görə ərazisində yerləşən diplomatık korpusun təhlükəsizliyinə təminat verən İranın siyasi və dini rəhbərliyi başda olmaqla bu dövlətin rəsmi qurumları məsuliyyət daşıyır. İran kimi totalitar dövlətlərdə bu kimi hadisələrin xüsusi xidmət orqanlarının nəzarətindən kənar baş verməsi heç bir halda inandırıcı

20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqı milli azadlığını, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır .“Şəhidlər ölməzdir, ölməzi ağlamazlar” onları qəlbimizdə yaşatmaq, gələcək nəsillərmizə təbliğ etmək bizim hər

Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşündə çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı əminliklə danışdı: “Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”.

İstanbulun mərkəzində, İstiqlal küçəsində baş verən xain terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri hər birimizi dərindən sarsıltdı.Türkiyənin regionda və dünyada əsas təhlükəsizlik buferi kimi önə çıxması, bütün qlobal-iqtisadi, geosiyasi proseslərin əsas təşəbbüskarı və öncülü olmasının terroru dəstəkləyən ayrı-ayrı dövlətlərin maraqlarına cavab vermədiyi göz qabağındadır.Milli İstiqlal Partiyası baş vermis terror aktının Türkiyədə prezident seçkiləri öncəsi etimadsızlıq yaratmağa, vətəndaş narahatlığına nail olmağa, onların siyasi iradələrinə təsir etməyə hesablandığını bəyan edərək bildirir ki, kimin nə planlaşdırdığından asılı olmayaraq onlar öz məqsədlərinə çata bilməyəcəklər.