AMİP-30
Yanvarın 20-də Azərbaycan Milli İstiqlal Partiyasının rəhbərliyi, bir qrup fəalları Şəhidlər Xiyabanını ziyarət ediblər

Yanvarın 20-də Azərbaycan Milli İstiqlal Partiyasının  rəhbərliyi, bir qrup fəalları Şəhidlər Xiyabanını ziyarət ediblər

20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqı milli azadlığını, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır .“Şəhidlər ölməzdir, ölməzi ağlamazlar” onları qəlbimizdə yaşatmaq, gələcək nəsillərmizə təbliğ etmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur.

Allahdan Şəhidlərimizə rəhmət diləyirik!

Unutmadıq, Unutmuruq, Unutmarıq!

Yanvarın 20-də Azərbaycan Milli İstiqlal Partiyasının  rəhbərliyi, bir qrup fəalları Şəhidlər Xiyabanını ziyarət ediblər