AMİP-30
Azərbaycan Milli İstiqlal Partiyası

AMİP 2023-cü ili Güney Azərbaycandakı soydaşlarımızın hüquqlarının müdafiəsi ili elan etdi

AMİP Siyasi Şurasının növbəti iclası keçirilmişdir. İclasda 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü və yeni təqim ili münasibətilə təbrik müraciəti qəbul olunmuş və 2023- cü il Güney Azərbaycandakı soydaşlarımızın hüquqlarının müdafiəsi ili elan olunması qərara qalınmışdır.

Bu məqsədlə Güney Azərbaycan həqiqətlərinin dünaya çatdırılması üçün beynəlxalq təşkilatlarda soydaşlarımızın hüquqlarının davamlı şəkildə gündəmə gətirilərək müzakirələrə çıxarılması, eləcə də bu mövzuda silsilə tədbirlərin, seminar və konfransların keçirilməsi üçün tədbirlər planının hazırlanması haqqında qərar qəbul olunmuşdur.