Rusiya da razılaşmağa məcbur qalacaq
“Zəngəzur dəhlizi necə adlanmasından asılı olmayaraq, 8 avqustda Ağ Evdə əldə olunan razılaşmaya əsasən açılacaq”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, həmin kommunikasiya qovşağının təhlükəsizliyinə və digər məsələlərə nəzarət mexanizmi ABŞ şirkəti tərəfindən həyata keçiriləcək: “Bu məsələ isə həm İranı, həm də Rusiyanı nərahat etdi. İran rəsmiləri ABŞ-nin sərhədə gəlməsindən narahat oldular. Hətta İran Prezidenti Məsud Pezeşkian da Ermənistana səfəri zamanı regionda kənar ölkələrin iştirakını məqbul saymadığını söylədi. Rəsmi Tehran sərhəd bölgəsində ABŞ-nin mövcudluğunu özünə təhdid
Etibar Məmmədov professor Məhərrəm Zülfüqarlını 70 illik yubileyi münasibətilə təbrik etdi
Hörmətli, Məhərrəm müəllim!Sizi 70 illik yubiley yaşınız münasibəti ilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, şəxsi həyatınızda və fəaliyyətinizdə bundan sonra da davamlı uğurlar arzulayıram!Sizin ictimai-siyasi fəaliyyətiniz və tutduğunuz fəal vətəndaş mövqeyiniz olduqca təqdirəlayiq həm də qürurvericidir. Siz hələ ötən əsrin səksəninci illərinin sonlarında vüsət alan Milli Azadlıq Hərəkatında ön cərgələrdə olmusunuz. Uzun illər Azərbaycan Milli İstiqlal Partiyasının sıralarında olmaqla dövlətçiliyimizin qorunmasında və möhkəmləndirilməsində, sivil dəyərlərin bərqərar olmasında, milli maraqların müdafiəsində on minlərlə silahdaşımızla birlikdə, çiyin-çiyinə mücadilə etmisiniz.Sizin siyasi fəaliyyətinizin əsas qayəsi ölkəmizdə
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA!
Azərbaycan mətbuatının tanınmış siması, jurnalistika sahəsində peşəkarlığı, prinsipiallığı və milli maraqlara sədaqəti ilə seçilən Aydın Quliyevi Milli İstiqlalçılar adından 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik!Hörmətli Aydın bəy!Siz uzun illərdir ki, ölkəmizin informasiya məkanında sözün gücünü, jurnalistikanın cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu davamlı fəaliyyətinizlə sübut etməkdəsiniz.Rəhbərlik etdiyiniz media qurumu peşəkar jurnalistlər üçün nümunə olmaqla yanaşı, çoxsaylı oxucularınız üçün də etibarlı informasiya mənbəyidir.Hörmətli Aydın bəy!Bu əlamətdar gündə Sizi bir daha təbrik edir, can sağlığı, yeni yaradıcılıq uğurları və uzun ömür arzulayıram!Qələminiz iti, sözünüz kəsərli,
Bakının mövqeyi aydın, dəyişməz və qətidir: Ermənistanın sülh sazişini yubatması müharibə riski yaradır
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, onun ölkəsi Bakı ilə Yerevan arasında sülh sazişinə vasitəçilik etməyə və Azərbaycanın Ermənistanı “işğal etməsinin qarşısını almağa” çalışır. Rubio ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələrdə komitənin ermənipərəst iki üzvünün suallarını cavablandırarkən belə bir eskalasiyanın "real risk" olduğunu deyib. "Biz hələ bu barədə yekun qərar verməmişik, çünki hazırda diqqətimizi onların sülh sazişinə razılaşmasına yönəltmişik - elə bir saziş ki, bu da onların qonşu ölkə olan Ermənistanı işğal etməsinə səbəb olmasın",- Rubio cavab verib. "Biz bunun baş verməsinin qarşısını almaq istəyirik. Prezident Tramp
Azərbaycanın prinsipiallığı, terrorçunun edamı: Bu qərar münasibətlərdə öz müsbət rolunu oynayacaq
Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən İran vətəndaşı Yasin Hüseynzadənin edam cəzası icra edilib. Hadisə 27 yanvar 2023-cü ildə Bakı vaxtı ilə səhər saat 8:30-da baş verib. Belə ki, Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq Azərbaycanın Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. Qərarın icrası ilə bağlı deputat Arzuxan Əlizadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, iki il öncə Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı səfirliyin mühafizəçiləri çox böyük qəhrəmanlıq nümayiş etdirdilər
“Georgi lentinə” sığınan “qırmızı saqqallar”
Rusiyanın Azərbaycanda şəbəkə qurduğu və bununla ictimai -siyasi proseslərə təsir göstərməyə çalışdığı dünənin bu günün söhbəti deyil. Zaman-zaman bir çox şəxslər Rusiyaya işləməkdə ittiham olunublar. Ancaq İmişli rayonunun Sarıxanlı kəndində baş verən son hadisə Rusiya şəbəkəsinin ciddi maliyyə resurslarına malik insanların bu prosesə cəlb edilməsi sıradan hadisə sayıla bilməz.Bir çox dövlətlərdə “Georgi lenti” rəsmi şəkildə qadağan olunduğu halda özünü ağsaqqal sayan şəxslərin sinələrinə işğalçılığı simvolizə edən lenti açıq şəkildə təbliğ etmələri , ciddi boşluqların nəticəsində baş verir.Axı necə ola bilər bir rayonda kütləvi tədbir
Pezeşkianın səfəri: Münasibətlərin normallaşması maraqlarımız çərçivəsindədir
"İran-Azərbaycan münasibətlərinin normal məcrada inkişafı regionda sülhə və sabitliyə xidmət edən başlıca faktordur". Bu sözləri Azərbaycan-İran münasibətlərini şərh edən deputat Arzuxan Əlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib. O bildirib ki, Azərbaycan hər zaman qonşu dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq və münasibətlərin formalaşmasında maraqlıdır. Bununla bağlı ölkəmiz öz mövqeyini istər şimal, istərsə də cənub qonşusuna hər dəfə bildirib. Ölkəmiz bunu sözlə ifadə etməklə yanaşı, əməli addımlarla da qarşılıqlı əməkdaşlıq formatında münasibətləri inkişaf etdirdiyini nümayiş etdirib. Müsahibimizin sözlərinə görə, Azərbaycanla İranın münasibətlərinin normallaşması maraqlarımız çərçivəsindədir: “Təəssüf ki, uzun illər ərzində Azərbaycanın sərgilədiyi mövqeyə baxmayaraq, İranın
Rəşad Bayramov: “Qərbin Mərkəzi Asiyada fəallaşması Moskvanı ciddi şəkildə narahat edir”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada bir sıra Avrasiya dövlətlərinin Rusiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb. Xarici İşlər Nazirliyinin məlumatına görə, müzakirə zamanı “Avrasiya məkanında sabitliyin təmin edilməsi, təhlükəsizliyin bölünməzliyi prinsipinin praktikada tətbiqi və Avrasiya problemlərinin həllində Avrasiya dövlətlərinin əsas məsuliyyətinin təmin edilməsinin zəruriliyi vurğulanıb”. Bildirilir ki, Lavrov açılış nitqində Avro-Atlantik təhlükəsizlik konsepsiyasındakı böhranı qeyd edib və NATO dövlətlərinin Asiya-Sakit okean regionunda vəziyyətin sabitliyini pozmağa yönəlmiş təhlükəli hərəkətlərinə, Yaxın Şərqdəki partlayıcı vəziyyətə, Cənubi Qafqaz və Mərkəzi Asiyada sabitliyə təhlükələrə diqqət çəkib: “Müzakirə zamanı