AMİP-30
a

KİV

Ermənistana verilən yeni silahlar müharibə ehtimalını artırır. Məsələ ondadır ki, bu il aprelin 5-də Vaşinqtonda ABŞ və Avropa İttifaqı ilə Hərbi Pakt imzalayan Ermənistan son həftələrdə Azərbaycana qarşı kifayət qədər aqressiv davranır. Bunun əsas səbəbi Ermənistana ABŞ, Hindistan, Fransa və Almaniya silahlarının ötürülməsidir. Son məlumatlara görə, Ermənistana artıq bu silahlar çatdırılıb: 12 ədəd SEZAR özüyeriyən haubitsası, onlarla R511 və R530 “hava-hava” tipli raket, 30 ədəd ERYX tank əleyhinə raket kompleksi, onlarla Almaniya istehsalı olan DM32 qumbaraatanları, 3 ədəd “Panzerfaust” tank əleyhinə kompleks, 500-ə yaxın birdəfəlik

Rusiyada mövcud və tikilməkdə olanlardan əlavə 11 yeni iri və kiçik atom elektrik stansiyasının tikintisi nəzərdə tutulur. “2042-ci ilə qədər elektrik enerjisi sənayesi obyektlərinin yerləşdirilməsinin baş sxemi” adlı layihə ictimai müzakirəyə çıxarılıb. Layihəyə əlavədə deyilir ki, 2036-cı ilə qədər Rostov, Sverdlovsk, Çelyabinsk, Tomsk vilayətlərində, Primorsk, Krasnoyarsk və Xabarovsk ərazilərində, Çukotka Muxtar Dairəsində, Saxa Respublikasında (Yakutiya) yeni atom elektrik stansiyaları tikiləcək və s. O da məlumdur ki, 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti

Məlum olduğu kimi, bu günlərdə Azərbaycanla Ermənistan arasında qarşılıqlı razılaşma əsasında nəqliyyat-kommunikasiyaya dair maddə sülh müqaviləsi layihəsindən çıxarılıb. İndi də radikal müxalifət təmsilçiləri bunu əlində bayraq edib xaricdə yayımlanan kanallara bunu belə anladırlar ki, guya Azərbaycan Zəngəzur dəhlizindən əlini üzüb və o üzdən bu addımı atıb. Guya hakimiyyət anlayır ki, Zəngəzur dəhlizini əldə edə bilməyəcək və bu məsələdə Ermənistana Qərbdən dəstək xeyli böyükdür. Bunun fonunda Azərbaycan bu dəhlizdən ötrü hərbi əməliyyatlara başlasa, bu artıq başqa ölkənin süverenliyini pozmaq hesab ediləcək. Bu da Azərbaycanın ciddi beynəlxalq

Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Bu konteksdə Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri sürətlə inkişaf edir. Təsadüfi deyil ki, son 3 ildə Orta Asiya ölkələrinin keçirdiyi bütün tədbirlərə Prezident İlham Əliyev dəvət edilir. Azərbaycanın üzv olmadığı regional təşkilatlara ölkə başçısı dəvət edilir.  Belə ki, ölkə başçısı Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirak edib

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılan bir sıra şəxslər namizədliklərini geri götürməyə başlayıblar. Belə ki, Demokrat və Vəhdət partiyalarının sədrləri Sərdar Cəlaloğlu, Tahir Kərimli, uzun müddət Milli Məclisin üzvü olan bəzi tanınmış şəxslər seçkilərə qatılsalar da, sonradan iştirak etməyəcəklərini bildiriblər.  Həmçinin, Müsavat, Ümid, Vətəndaş Həmrəyliyi partiyalarının sədrləri də seçkiyə qatılacaqlarını açıqlasalar da, marafona az qalmış əks mövqe sərgiləyiblər. Ümumən, bu nə siyasi texnologiyadır, nə kimi seçki texnologiyasıdır? Belə texnologiyanın hər hansı effekti varmı? Niyə bu üsuldan istifadə edirlər və bununla nə demək istəyirlər? Yəni namizədlərin

Azərbaycan BRİCS-in tamhüquqlu üzvü olmaq istəyir. Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova BRİCS ölkələrinin iyulun 10-da X Parlament Forumunun Sankt Peterburqda keçirilən plenar iclasında çıxışı zamanı deyib.  “Azərbaycan xarici siyasətində dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir. Bu, ikitərəfli münasibətlərə və beynəlxalq platformalar çərçivəsində fəaliyyətə aiddir. Xüsusilə, bu, BRİCS ilə əməkdaşlığa aiddir. Azərbaycan artıq BRİCS-ə qoşulmaq arzusunu ifadə edib”- deyə Qafarova bildirib.  Onun sözlərinə görə, parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı bu məqsədə nail olmağa kömək edəcək. Məlum olur ki, Azərbaycan BRİKS üzvlüyünə rəsmi iradəsini ortaya qoydu. O baxımdan

İndi də Ermənistan Gürcüstanda gedən proseslərdən narahatdır. Erməni mediası yazır ki, Gürcüstanda baş verən proseslər nəticədə Ermənistana Qərb silahlarının verilməsini çətinləşdirəcək:  “Əgər Gürcüstan Qərbdən ayrılsa və ya başqa istiqamətdə getməyə başlasa, Qərbin Ermənistanı dəstəkləməsi çox çətin olacaq. Elə dəyişikliklər Qərbin Ermənistana çıxışının olmamasına gətirib çıxaracaq. Hətta indiki zamanda Gürcüstan vasitəsilə bu əlaqəni saxlamaq o qədər də asan deyil. Əgər Gürcüstan həqiqətən də xarici siyasət oriyentasiyasını dəyişsə, Ermənistana dəstək problemi çox mürəkkəbləşəcək. Qərbin Ermənistanı dəstəkləmək arzusu var, lakin texniki baxımdan bunu etmək çox çətin olacaq. Gürcüstanda

Fransada parlament seçkilərinin ikinci turu ölkə daxilində iğtişaşlara və xaricdə ciddi marağa səbəb olub. Ölkə prezidenti Emmanuel Makronun isə partiyasının qüvvələrini solçu təşkilatlarla birləşdirərək siyasi vəziyyəti sabitləşdirmək cəhdləri daha böyük qeyri-müəyyənliyə gətirib çıxardı. Hazırda Fransada parlamentdəki yerlərin sayına görə solçu “Yeni Xalq Cəbhəsi” alyansı liderlik edir, prezident Makronun “Respublika uğrunda birlikdə” koalisiyası ikinci, birinci turun qalibi olan ultrasağçı "Milli Birlik" partiyası isə üçüncü yerə enib. E.Makronun solçu partiyalarla birləşmək qərarı müxtəlif reaksiyalara səbəb olub. Məsələn, Marin Le Penin varisi, “Milli Birlik” partiyasının lideri Jordan Bardella

Məlum olduğu kimi, Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib.  Prezident İlham Əliyev də həmin tədbirdə iştirak edərək çıxış edib.  Azərbaycan üçün ŞƏT platforması Asiyanın böyük güclərini birləşdirən nüfuzlu qurum olaraq böyük əhəmiyyətə malikdir. Yeri gəlmişkən onu da qeyd edək ki, Prezident İlham Əliyev ilk dəfə 2022-ci ildə ŞƏT-in Səmərqənd Sammitində fəxri qonaq qismində iştirak edib və son iki ildə Azərbaycan–ŞƏT əməkdaşlığı yüksələn xətt dinamikasına malikdir. ŞƏT həm də Azərbaycanın öz səsini və mövqeyini dünyaya çatdırması üçün vacib platformaya çevrilib. Marşrutları Azərbaycan ərazisindən