Avropada növbəti mühüm görüş: İkitərəfli təmaslarla nəyəsə nail olmaq mümkündür
Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanın Berlində görüşü başlayıb. Görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş”in müzakirəsi istiqamətində keçirilir. Görüşlə bağlı fikirlərini Bakıvaxtı.az-a dəyərləndirən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə xatırladıb ki, bundan əvvəl Brüssel formatında beşli formatda görüş baş tutub. Onun sözlərinə görə, həmin görüşdə Avropa Şurasının prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti E.Makron da iştirak etmişdi: "Görüşün təşkilatçısı və əsas vasitəçi Şarl Mişel idi. Fransa və Almaniya dövlət başçıları da prosesə vasitəçi formasında qatılmışdı. Bir müddət
Afsəddin Nəbiyev: “İmzalanmış bəndlərə görə Rusiya antiterror əməliyyatlarına maneçilik etmədi”
Fevralın 22-də Moskvada imzalanan “Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin 2 ili tamam oldu. 43 bənddən ibarət olan Bəyannamə 2022-ci ildə dövlət başçıları İlham Əliyev və Vladimir Putin arasında imzalanıb. Moskvada imzalanan sənədin 3 iyul 1997-ci il tarixli Müqaviləyə, “Rusiya və Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında” 3 iyul 2008-ci il tarixli Bəyannaməyə və Rusiya Prezidenti V.Putin və Azərbaycan Prezidenti İ.Əliyevin 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanatına əsaslandığı qeyd edilib. Bütün bu deyilənlərin fonunda, bu razılaşma ötən 2 il ərzində Azərbaycana nə
Putinlə imzalanmış müttəfiqlik sənədinin iki ili
2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya liderlərinin imzaladığı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin ikinci ili tamam oldu. Sənəddə qarşılıqlı fəaliyyətin ən geniş spektrinə dair 40-dan çox müddəa var. Moskva bəyannaməsinin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürüblər. Bəyannamədə xüsusi olaraq vurğulanıb ki, hər iki ölkə müstəqil
Afsəddin Nəbiyev: “Ermənistanın Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var”
Ermənistan baş naziri Nikol Paşinyanın hökumətin iclasında etdiyi çıxış açıq şəkildə göstərir ki, Ermənistan kompromislərdə maraqlı deyil. Paşinyan utanmadan bəyan edib ki, guya Ermənistan Konstitusiyasında Azərbaycanla saziş imzalamağa mane olan heç bir maddə yoxdur. Guya Azərbaycan Ermənistanın 31 kəndini işğalda saxlayır: “Azərbaycan sərhədlərin sabitliyinin və təhlükəsizliyinin təmin olunmasında maraqlı deyil. Azərbaycan “Mənə istədiyimi danışıq yolu ilə ver, əks halda onu müharibə yolu ilə götürəcəm” siyasətini davam etdirir. Bundan başqa, Azərbaycan 4 kəndin ərazisindən danışır, eyni zamanda Ermənistanın 31 kəndinin həyati əhəmiyyət daşıyan ərazilərinin Azərbaycanın işğalı
Paşinyan niyə tələsir? (ŞƏRH)
"Növbədənkənar parlament seçkiləri, həm də Konstitusiya dəyişikliyi asağı-yuxarı eyni məqsədə xidmət etdiyindən Nikol Paşinyan hər ikisini sülh müqaviləsi imzalanmasından öncə etməyi planlaşdırır". Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Elşən Mustafayev Ermənistanda Konstitusiya dəyişikliyilə bağlı referendumla yanaşı, növbədənkənar parlament seçkilərinin keçiriləcəyilə bağlı yayılan fikirləri şərh edərkən deyib. Elşən Mustafayev bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkilərinin 2024-cü ilin ortalarında keçirilə biləciyi ilə bağlı fikirlər hələ 2023-cü ilin sonlarından gündəmə atılmışdı: "Maraqlısı o idi ki, bu fikirlər hakim partiyaya yaxın dairələr və mətbuat tərəfindən dövriyəyə buraxılır. 2024-cü ilin əvvəllərində isə ilin ortasında
Afsəddin Nəbiyev: “Nikol cəmiyyətinə demək istəyir ki, ölkənin mövcud Konstitusiyası ilə sülh mümkün görünmür”
Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə son çıxışı zamanı ölkə Konstitusiyasına ediləcək dəyişiklikdən danışarkən bir sıra məqamlara toxunub: “Dağlıq Qarabağ və Ermənistan Respublikasının birləşdirilməsi qərarı nə deməkdir? Gələcəkdə siyasətimizi buna əsaslandıracağıq? Əgər belədirsə, biz hansı dünyadan danışırıq? Bu o deməkdir ki, sülh mümkün deyil. Biz tarixi ədalət arzusunu dövlətimizin əsasına qoymuşuq, amma tarixi ədalətin nə olduğunu formalaşdırmamışıq? Sülh müqaviləsinin bir razılaşdırılmış maddəsi var. Orada deyilir ki, tərəflər bu müqavilənin öhdəliklərini yerinə yetirməmək üçün özlərinin heç bir qanunvericilik aktına istinad edə bilməzlər. Amma Ermənistanda müxtəlif siyasi
Azərbaycan regionun əsas söz, güc sahibinə çevrilib – Arzuxan Əlizadə
“Regionda maraqlı olan güclərin nəzərləri Azərbaycanda keçirilən seçkilərə yönəlmişdi. İlk dəfə idi ki, Azərbaycanın bütün ərazilərində keçirilən seçkilər diqqətlə izlənirdi”. Bunu hafta.az-a AMİP sədri Arzuxan Əlizadə Prezident seçkilərinin nəticələri və Cənubi Qafqazda cərəyan edən proseslərə, regionda sülhə təsirləri ilə bağlı açıqlamasında bildirib. A.Əlizadə qeyd edib ki, 7 fevralda keçirilən növbədənkənar prezident seçkilərinin nəticələri əvvəlcədən proqnozlaşdırlmışdı. Seçkilərin favoriti Prezident İlham Əliyev idi və xalq öz sözünü dedi. “Azərbaycan regionun əsas söz, güc sahibinə çevrilib. Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etməklə Cənubi Qafqazda yeni siyasi düzən formalaşdırıb. Azərbaycan
Afsəddin Nəbiyev: “Bu, Rusiyanın Ermənistanı hələ də özünün bir əyaləti hesab etdiyini nümayiş etdirir”
Məlum olduğu kimi, Rusiya və Ermənistan arasında münasibətlər yenə gərgin mərhələdə qalmaqda, eyni zamanda tərəflər üçün yeni qalmaqallar yaranmaqdadır. Buna səbəb bu günlərdə İrəvanda İkinci Dünya müharibəsində mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin vandalizmə məruz qalması olub. Məsələyə Moskva sərt reaksiya verib. Erməni mediasında baş verənlərlə əlaqədar Rusiyada cinayət işinin açılması hiddətlə qarşılanıb: “Kütləvi informasiya vasitələrində “Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması ilə bağlı cinayət işinin başlanmasına göstəriş verib” xəbərləri yayılıb. Dayanın! Bastrıkin və onun
Onlar yenidən üz-üzə – supergüc uğrunda iki qocanın savaşı…
Elşən Mustafayev: “Trampı seçki marafonundan kənarda qoymağa çalışırlar” ABŞ-da bu il 5 noyabrda keçiriləcək sayca 60-cı prezident seçkisinə uzun müddət qalmasına baxmayaraq, indidən ciddi rəqabət başlayıb. Hazırkı Ağ Evin sahibi, demokrat Co Baydenlə keçmiş prezident, respublikaçı Donald Tramp arasındakı söz dueli durmadan artır. Hələ ki tam rəsmiləşməsə də, bu iki siyasətçi arasında seçki mübarizəsinin gedəcəyi gözlənilir. Çoxları Trampı daha şanslı görür. 88 yaşlı Baydenlə 84 yaşlı Tramp arasındakı seçimdə yaş faktoruna görə həm də ikinciyə səs veriləcəyi proqnozlaşdırılır. Amma onun üzərində də qara buludlar dolaşmağa başlayıb. Tramp
Arzuxan Əlizadə: “Bütün bu oyunlar Ermənistanın Rusiyadan uzaqlaşdırılmasına hesablanıb”
Bu günlərdə həm Rusiya xarici işlər naziri Sergey Lavrov, həm də bu ölkənin XİN rəsmisi Mariya Zaxarova bəyan ediblər ki, Avropa İttifaqının Ermənistandakı mülki missiyası bölgədə gərginliyi artırır, Moskva-İrəvan münasibətlərini pozur. O cümlədən, sülhə, təhlükəsizliyə heç bir töhfə vermirlər və onlar regionda əlavə gərginlik mənbəyidir. Ancaq bütün bunlara baxmayaraq, Ermənistan rəsmiləri Aİ mülki missiyası ilə mütəmadi təmasdadılar, tez-tez görüşlər keçirilir. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının rəhbəri Markus Ritteri qəbul edib. Görüşdə Aİ-nin mülki müşahidə missiyasının fəaliyyəti müzakirə edilib. Hətta mülki missiyanın