AMİP-30
a

KİV

“Hyustonda energetika nazirinin müavini ilə çox yaxşı danışıqlarımız oldu. Həmçinin, bir neçə həftə əvvəl energetika naziri özü burada, Vaşinqtonda olanda əla müzakirələrimiz keçdi. ABŞ tərəfindən Azərbaycanın COP29-a sədrliyinin qətiyyətlə dəstəkləndiyini vurğuladım. İnanıram ki, Prezident İlham Əliyevin müəyyən etdiyi hədəflərlə ABŞ-nin növbəti COP-da, daha sonra 2025-ci ildə Braziliyada əldə etməyi nəzərdə tutduğu hədəflər arasında yüksək dərəcədə uyğunluq var”, - o deyib. Payet ABŞ-nin BƏƏ, Azərbaycan və Braziliya tərəfindən COP28 gündəliyinin davamı üçün hazırladığı "Troika" mexanizmini dəstəklədiyini vurğulayıb. Görünən odur ki, COP29-la bağlı Azərbaycana dəstək artır. ABŞ dəstək

Xəbər verildiyi kimi, aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Entoni Blinken Brüsseldəki üçtərəfli konfrasda bir araya gələcəklər.  Bu tədbirdə ölkələr arasında Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair sənədin imzalanması planlaşdırılır. Təbii ki, sözügedən paktın imzalanması, adından da göründüyü kimi, anti-Azərbaycan xarakteri daşıyır. Yəni bu, məğlub Ermənistanda revanşizmə dəstək vermək deməkdir. O baxımdan bu platforma Azərbaycana qarşı fitnəkar və bölgədə sülhə qarşı çevrilmiş qeyri-xoş niyyətli görüşdür.  Bu, Azərbaycana qarşı növbəti təzyiq niyyətidir. Məsələ ondadır ki, 2020-ci

“Erməni cəlladlarının xalqımıza qarşı vəhşilikləri heç vaxt unudulmayacaq və daim yaddaşlarda qalacaq”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebhe.info”-ya açıqlamasında 31 Mart 1918-ci il hadisələrinin Azərbaycan tarixində əhəmiyyətini şərh edərkən deyib. O bildirib ki, müxtəlif dövrlərdə böyük güclər erməni toplumundan öz məqsədləri üçün istifadə edib: “Erməni milləti mahiyyət etibarı ilə xəyanətə və terrora meyilli, xəstə təfəkkürlü bir toplumdur. Böyük güclər Cənubi Qafqazda və Anadoluda öz məkrli planlarını həyata keçirmək üçün zaman-zaman bu toplumdan istifadə ediblər. Ermənilər asanlıqla müxtəlif terror təşkilatları qurublar. “Xınçaq”, “Daşnaksütyun” və “ASALA” kimi

“Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir”. Bu sözləri Prezident İlham Əliyevin cari ilin 18 mart tarixində Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbriki zamanı deyib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan yolundan dönməyəcək: “Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq”.  Beləliklə, Prezident İlham Əliyev Ermənistana və onun havadarlarına xəbərdarlıq edib. Dövlətimizin başçısı bir daha diqqətə çatdırıb ki, Azərbaycan bundan sonra da qarşısına qoyduğu

Bəlli olduğu kimi, bu ilin payızında Azərbaycanda parlament seçkiləri keçiriləcək. Hansı müxalifət partiyaları bu seçkiyə qatılacaqlar? Bu dəfə də boykot yolunu seçənlər olacaqmı? Bu suallarla bir sıra partiya rəhbərləri və funksionerlərinə müraciət etdik. Azad Vətən Partiyasının sədri Akif Nağı Bakupost.az -a açıqlmasında bildirib ki, partyanı yaradarkən əsas məqəsədləri parlament seçkilərində iştirak edib yer qazanmaq olub: "Biz o zaman bunu rəsmən bəyan etdik ki, məqsədimiz parlamentə düşməkdir. Ona görə də partiyamızda seçkiyə hazırlıq prosesi gedir. Arıq sənədlərin və heyətin nizama salınmasına başlamışıq. İlkin məlumatlara görə, seçki noyabrda olacaq. Təbii ki

Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bəyan edib ki, suverenliyimizin bərpası həll olunmayan kimi görünən münaqişələrin həllinə çox müsbət təsir göstərəcək. Ölkə başçısı bunu belə əsaslandırıb: “Ötən görüşümüzdən bu yana dünyada, eləcə də regionumuzda çox hadisələr baş verib. Regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə, zənnimcə, onların daha geniş fəsadları var. Çünki bir il bundan əvvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Bu, həqiqətən

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Luis Bono ilə görüşüb. Görüş zamanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə ediblər. Bundan başqa, Baş nazir Nikol Paşinyan mətbuat konfransı zamanı Qərbdə Türkiyəni Ermənistan-Azərbaycan nizamlanması prosesinə cəlb etmək meylinin olub-olmaması ilə bağlı suala cavab verərkən deyib ki, geosiyasi aktorlar neytral qalmalıdırlar; əks halda onlar Ermənistan-Azərbaycan nizamlanması prosesində konstruktiv rol oynaya bilməzlər. Türkiyənin regionda və dünya səhnəsindəki roluna gəlincə, baş nazir qeyd

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya KTMT ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün Ermənistana məsləhətləşmələr təklif edib. O bunu Ermənistanın KTMT-yə üzvlüyünün “dondurulması” ilə bağlı sualı cavablandırarkən deyib. “Əvvəllər biz erməni müttəfiqlərini əsaslı şəkildə müzakirə etmək və narahatlıqlarını aradan qaldırmağa çalışmaq üçün idarələrarası məsləhətləşmələr keçirməyə dəvət etmişdik. Hələlik cavab yoxdur, bəlkə də görünəcək”, - Zaxarova qeyd edib. Kreml daha əvvəl qeyd edib ki, Ermənistanın KTMT üzvlüyünü “dondurması” ilə bağlı bəyanatı ilə bağlı Rusiyada aydınlıq yoxdur. Burada diqqəti çəkən məqam odur ki, Ermənistan Rusiyadan

Prezident seçkilərinin ardınca bu ilin payızında Azərbaycanda parlament seçkilərinin keçirilməsi gözlənilir. Bu fonda parlamentdə təmsil olunmağı hədəfləyən siyasi partiyaların artıq lazımi tədbirlərə start verməsi zəruri görünür.   Görəsən, partiyaların bu yöndə hazırlıqları hansı səviyyədədir?  Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Ümid partiyasının mərkəzi aparatının rəhbəri Taleh Əliyev hesab edir ki, təmsil etdiyi təşkilatın seçki strategiyası haqqında indilikdə geniş açıqlama vermək hələlik tezdir:  “Ölkə qanunvericisinə görə növbəti parlament seçkiləri vaxtında keçirilərsə, proses 2025-ci ilin fevralın 9-da, yaxud həmin ilin noyabrın 3-nə deyil, məhz 2024-cü ilin noyabrın 3-də keçirilməlidir. Son zamanlar bu istiqamətdə